“AZE Medical Center” ödənişsiz tibbi aksiyalar həyata keçirəcək...

14-01-2020, 09:22

   Asmedia.az xəbər verir ki, bu ilin yanvar ayının 12-də Bakıda peşəkar həkimlərin fəaliyyət göstərdiyi və ən müasir avadanlıqlarla təchiz edilmiş “AZE Medical Center” özəl klinikasının açılışı olub. Açılış tanınmış səhiyyə adamları ilə yanaşı media və ictimaiyyət nümayəndələrinin də iştirakı ilə baş tutub.
Klinikanın təsisçi/direktoru Zahir Babayev çıxış edərək qonaqları salamlayıb və bildirib ki, kollektivin ən böyük məqsədi sağlam gələcəyə gözəl və yüksək səviyyədə xidmət göstərməkdir: “Bunun üçün də biz, klinikamıza Azərbaycanın seçilmiş həkimləri ilə yanaşı, xaricdən də həkimlər cəlb etmişik. Belə ki, klinikamızda İrandan dəvət olunmuş 4 həkim fəaliyyət göstərəcək”.
  Z. Babayev deyib ki, “AZE Medical Center” Azərbaycanın bölgələrində də ödənişsiz tibbi aksiyalar həyata keçirəcək: “Belə aksiyalardan birincisi isə yanvar ayının 26-da Ağsu rayonunda baş tutacaq. Növbəti mərhələdə isə Lənkəran rayonu nəzərdə tutulub. Bizim şüarımız da məhz belədir ki, “Biz sizin ayağınıza gəlirik!”.
   Qeyd edək ki, klinikada müxtəlif vaksinlərin müalicəsi ilə yanaşı pulmonologiya sahəsi də fəaliyyət göstərir ki, burada spirometriya (tənəffüs testi) və allergik rinitlərin şüa müalicəsi həyata keçirilir. Səhiyyə mərkəzi ən müasir avadanlıqlarla kardiologiya və nevrologiya sahələrində müayinə və müalicəyə də şərait yaradır. “AZE Medical Center” da keyfiyyətli müayinələr həyata keçirmək üçün müasir biokimya, hemotologiya, mikrobiologiya, immunologiya, serologiya və potohistologiya laboratoriyaları da fəaliyyət göstərir:
Klinika Nərimanov rayonunun İsmayıl Hidayətzadə küçəsində, 7 A ünvanında yerləşir.
Əlaqə nömrələri: 012 567 34 00;
012 567 49 00;  012 567 89 10


İstifadəçi paneli