Prezident Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR

20-01-2020, 18:17

 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.  
Asmedia.az Azvision.az-a istinadən xəbər verir ki, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səslənib.Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Baş Nazir Əli Əsədov, Milli Məclisin sədri Oqtay ƏsədovPrezident Administrasiyasının rəhbəri Samir Nuriyev iştirak ediblər. 











İstifadəçi paneli