Bakı-Sumqayıt yolunda güclü tıxac - Minlərlə avtomobil yolda qaldı...

22-01-2020, 09:38

 Bu gün Bakı-Sumqayıt magistralının mərkəzə doğru olan hissəsində güclü tıxac yaranıb. 
 Asmedia.az  Publika.az-a istinadən xəbər verir ki, tıxacın uzunluğu Masazıra qədər çatır. 
 Sürücülər bildirlər ki, Xırdalan dairəsində həyata keçirilən tikinti işləri və şəhərə yaxınlaşanda yolun daralması tıxacın əsas səbəbidir. Bəzi yerlərdə avtomobillərin bir-birinə toxunması səbəbindən yaranan mübahisələr, eləcə də bəzi nəqliyyat vasitələrinin nasazlığı da tıxacın artmasına səbəb olur. 
 Baş Dövlət Yol Polisi İdarəsindən Publika.az-a bildirilib ki, hazırda müşahidə edilən tıxac mövsümi xarakter daşıyır və hər hansı yol-nəqliyyat hadəsəsi ilə əlaqədar deyil. 


İstifadəçi paneli