BAKIDA Təhsil alan -Çin Xalq Respublikası vətəndaşı Liu Youşa bu gün...

4-02-2020, 21:09


Asmedia.az xəbər verir ki, Azərbaycan Respublikasında təhsil alan Liu Youşa ilə bağlı məlumat Bakı Dövlət Universitetindən bildirilib.
Qeyd edək ki, 19 yanvar 2020-ci il tarixində Çindən Bakıya qayıdan Liu Youşa Universitet rəhbərliyinin təşəbbüsü ilə zəruri müayinələrdən keçmək üçün 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib və tələbə 14 günlük karantin dövrünü həkim nəzarəti altında başa vurub.
Hazırda Liu Youşanın tədris prosesinə qatılması Universitet rəhbərliyi tərəfindən tam təmin olunub. Universitet rəhbərliyi ona müayinə təklifini anlayışla qarşıladığına görə təşəkkür edib və müvəffəqiyyətlər arzulayıb. Eyni zamanda Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə əməkdaşlığa görə minnətdarlığını bildirib.
Cari tədris ilində BDU-da Çin və ona sərhəd ölkələrdən 30-a yaxın tələbə təhsil alır və onlar sağlamlıqlarını qorumaq məqsədilə tətil müddətində Çinə getməyəcəkləri barədə məlumat veriblər.


İstifadəçi paneli