Daxili İşlər nazirindən yeni-TƏYİNAT

15-02-2020, 10:32

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
Asmedia.az xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, Daxili İşlər Nazirliyinin Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru Elşən Əzizov vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə o, Sabirabad rayonu DYP rəisi vəzifəsinə təyin olunub.


İstifadəçi paneli