Vilayət Eyvazov yeni rəis təyin etdi - Foto

29-11-2019, 20:28

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov Lənkərana yeni rəis təyin edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, nazirin əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin Əməliyyat-Statistika İdarəsinin rəisi, polkovnik Fəqan Azadəliyev vəzifəsindən azad edilərək Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Lənkəran ŞRPŞ-nin keçmiş rəisi İslam Hümbətov bir müddət öncə nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi təyin olunub.


İstifadəçi paneli