Oxşar xəbərlər
Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən sosial şəbəkələrdə yayılan görüntülər maksimum araşdırılıb.
Bu barədə MSK-nın bu gün keçirilən iclasında MSK üzvü Qabil Orucov bildirib.
Q. Orucov qeyd edib ki, bütün görüntülər hər bir dairə, məntəqə üzrə araşdırılıb: “Ümumi araşdırılan videogörüntülərin sayı hazırda 220-ni keçib. Bu görüntülər ümumilikdə 30 dairədə 116-nı məntəqəni əhatə edir. MSK-ya daxil olan şikayətlər üzrə bəzi videogörüntülər sosial şəbəkələrdə paylaşılanlar olsa da, bəzisi müstəqil şəkildə yayılanlardır”.asmedia.az