İlham Əliyevlə Paşinyanın müzakirəsi başa çatdı - Fotolar+Yenilənib

16-02-2020, 00:15

Prezident İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Münxen təhlükəsizlik konfransı çərçivəsində görüş başlayıb.
Asmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında məlumat yayıb.
Azərbaycan Prezidenti və Ermənistanın Baş Naziri Münxen təhlükəsizlik konfransı çərçivəsində təkbətək görüşdən sonra birgə paneldə çıxış edirlər.
***
İlham Əliyev və Nikol Paşinyanın iştirakı ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirəsi başa çatıb.



İstifadəçi paneli