DTX-dən şok əməliyyat: İcra başçısı rüşvət alarkən tutuldu - FOTO

20-02-2020, 13:36

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları Neftçala İcra hakimiyyətinin binasına daxil olub.
Asmedia.az Unikal.org-un məlumatına istinadən xəbər verir ki, Neftçalanın İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən tutulub.
Qeyd edək ki, Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Azərbaycan Respublikasının ilk Baş Prokuroru İsmət Qayıbovun bacısı oğludur.


İstifadəçi paneli