TAXTA SKAMYA ÜSTÜNDƏ YATAN- MƏHKUM

1-03-2020, 11:19

Azərbaycan Respublikasının prezidenti  cənab İlham Əliyevə...!
 Surəti Azərbaycan Respublikasının birinci  vitse Prezidenti Mehriban xanım Əliyevaya...!
 Surəti Azərbaycan Respublikasının  DTX-nin rəisi cənab Əli Nağıyevə...!
 Surəti Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik  xidmətinin  rəisi cənab  Əli  Nağıyevə...!
 Surəti Azərbaycan Respublikası  Baş  Nazirin müavini ,  YAP-ın icra  katibi cənab Əli Əhmədova...!
 Surəti Ombudsman Səbinə xanım Əliyevaya...!

 
 1 Saylı Cəzaçəkmə Müəssisəsində cəza cəkən məhkum İsmayılov Elnur Bayram oğlu redaksiyamıza  məktubla müraciət edərək, ona edilən haqsızlıqları bu məktub vastəsilə Ali orqanlara çatdırılmasını rica edib!!!
 
Müraciət
Hörmətli Əli müəllim!
Yazıb Sizə bildirmək istəyirəm ki,  mən 2015-ci il törətmədiyim cinayət əməlinə görə həbs olunmuşam. Həbs olunduğum gündən səhhətimdə yaranan xəstəliklə bağlı dəfələrlə Müalicə Müəssisəsində olmuşam. 2019-cu ilin may ayına kimi azda olsa müalicə aldım. O, vaxtdan getdiyim dəri-zöhrəvi şöbəsində nəinki müalicə, heç yatmağa yer tapa bilmirsən. Beləki,  Müalicə Müəssisəsində nervologiya şöbəsi olmadığından nervoloji xəstələrdə dəri-zöhrəvi şöbəsində müalicə alır. 
Həmin şöbə 50 nəfər məhkum üçün nəzərdə tutulmuşdur.May ayında həmin şöbə Müalicə Müəssisəsi kimi yox istirahət mərkəzi kimi fəaliyyət göstərdiyindən şöbədə ən az insan olan vaxt 70 nəfər olur. Beləki, şöbənin 4 palatası var. 1-ri ümumiyyətlə xəstələrə aid deyil həmin paltada imkanlı şəxslər qalır. Qalan 3 palatada xəstələrdən çox istirahətə gələnlər olur ki, aylıq verib otururlar orda. Mən may ayı xəstəliyimlə bağlı 3 dəfəhəmin şöbədə olmuşam lakin hər dəfə şöbədə yer olmadığından həmin şöbənin yeməkxanasında  taxta skamya üstündə qalmışam. Axırıncı dəfə 
28 yanvar 2020-ci il yenə müalicə olmaq  üçün həmin şöbəyə gəlmişəm yenədə yer olmadığından 1 həftə taxta skamya üzərində yataraq cəza çəkdiyim müəssisəyə qayıtmışam. Həmin taxta üstündə mənim kimi bir çox məhkumlar yatır. Taxta üstündə yatan müalicə almadan geri qayıidan məhkumlar demək olar ki, hamısı xəstədir,  lakin pulları olmadığından yer tapa bilməyib geri qaytarılırlar. Çünki 1 il bundan əvvəl  dövlət müəssisəsi kimi çalışan bir Müəssisə bu gün istirahət mərkəzi kimi fəaliyyət göstərir. Bu dəqiqə 1 ayına 1000 manat verib istirahətə gələn  bəzi deməzdim,  bir çox məhkumlar ucbatından biz  xəstələr şöbədə yerləşib müalicə ala bilmirik. 
Dövlət Başçımızın”rüşvətxorla”la mübarizə apardığı bir vaxtda Müalicə Müəssisəsi rüşvətin içində itib-batır. Bunlar birbaşa Dövlət başçısına xələl gətirirlər. Buna görə Xahiş edirik biz Dustaqlarada  bir az diqqət yetirin. Biz dustaqlar sizə lazım olduqda bizdən istifadə edirsiniz, yəni seçkilərdə qabaqda deputat seçkiləri gəlir bizim ölkəyə səsimiz lazmdırsa,  deməli bizdə lazımıq. Bizdə çalışırıq cəmiyyət içinə sağlam çıxaq. 
Belə getsə nəinki sağlam ümumiyyətlə  elə burda öləcəyik. O, baxımdan bir daha Sizdən Xahiş edirəm ki,  Yeni  Azərbaycan Partiyasının sədri kimi öz tapşırığınızı verəsiniz ki, bunlar pulların  içində biz xəstələridə müalicə etsinlər! Ümidimiz Sizədir. Xahiş edirəm məktubum cavabsız qalmasın! 
Məhkum- İsmayılov Elnur Bayram oğlu 





İstifadəçi paneli