Azərbaycanda səkkiz nəfərlik ailə karantinə alındı - RƏSMİ

6-03-2020, 19:47

“Martın 4-də Bakıda məskunlaşan İran İslam Respublikasından olan ailənin azyaşlı üzvlərindən birində yüksək hərarət olduğundan təcili tibbi yardıma müraciət edilib”.
Bu barədə TƏBİB məlumat yayıb.
İlkin araşdırma zamanı müəyyən edilib ki, ailə başçısı koronavirus xəstəliyinin geniş yayıldığı İran İslam Respublikasından 27 fevral 2020-ci il tarixində Azərbaycan ərazisinə gəlib. Bu səbəbdən profilaktik məqsədlə və zəruri ilkin testlərin edilməsi üçün ailənin bütün üzvlərinin ilkin müayinələrdən keçməsinə qərar verilib.
Təcili tibbi yardım maşını ilə ailənin digər üzvlərinin (altısı uşaq olmaqla, səkkiz İran vətəndaşı) də xəstəxanaya aparılması məqsədəmüvafiq hesab olunub. Bu zaman onlar həkim briqadasına müqavimət göstərdikləri üçün hadisə yerinə polis əməkdaşları çağırılıb. 
Hazırda müəyyən olunmuş karantin müddətinə uyğun olaraq bütün ailə üzvləri xəstəxanada müşahidə altında saxlanılırlar.

asmedia.az


İstifadəçi paneli