“Azəriqaz”a olan borc dövlət tərəfindən tənzimlənəcək”

19-11-2019, 05:25

“Hazırda bütün qazanxanalarımız işə düşüb. Kimdəsə istilik yoxdursa, bu fərdi mənzillərlə bağlı ola bilər”.
Asmedia.az xəbər verir ki, bunu “Qafazinfo”ya açıqlamasında “Azəristiliktəchizat” ASC-nin abonentlərlə xidmət şöbəsinin müdiri Rafiq Əliyev deyib. 
O qeyd edib ki, “Azəriqaz”a olan borc dövlət tərəfindən tənzimlənəcək: “Bizim hazırda verdiyimiz istiliyin tarifi maya dəyərindən aşağıdır. Ancaq qiymətlər Tarif Şurası tərəfindən tənzimlənir. 2011-ci ildən evin 1 kv. m görə əhali istehlakçı qrupu üçün tarif 15 qəpikdir. Amma biz qiymət artımı məsələsinə baxmırıq. Ümumi olaraq, bu   məsələ dövlət tərəfindən tənzimlənəcək. Hazırda qiymət artımı məsələsi gündəmdə deyil”.


İstifadəçi paneli