Göyçayda üç avtomobil toqquşub, xəsarət alanlar var.

8-04-2020, 22:18

Göyçay şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
ASMEDİA.AZ-ın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb.
"Opel", "BMW" və "VAZ 21011" markalı minik avtomobillərinin iştirakı ilə baş verən zəncirvarı yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslər Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəsarət alan şəxslərin adları dəqiqləşdirilir.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


İstifadəçi paneli