Traktorla minik maşını toqquşub, xəsarət alanlar var – VİDEO

17-02-2020, 07:52

Kürdəmirdə xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Asmedia.azxəbər verir ki, qəza Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı Bərdə rayon sakini Sənan Muradovun idarə etdiyi “Mersedes” markalı minik maşını eyni istiqamətdə hərəkətdə olan Kürdəmir rayon sakini Bəymurad Dadaşovun idarə etdiyi traktora çırpılıb.
Nəticədə traktor yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü müxtəlif növ bədən xəsarətləri alaraq Kürdəmir rayon xəstəxanasına yerləşdirilib.
İlkin olaraq hadisəyə səbəb kimi minik maşınının sürücüsünün sürət həddini
aşması göstərilir.


İstifadəçi paneli