Mikroavtobus aşdı: Xəsarət alanlar var...

10-01-2020, 09:00

Salyanda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
Bu barədə Asmedia.az bildirir ki, hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qeyd edək ki, hərəkətdə olan “Qazel” markalı mikroavtobus anidən idarəetmədən çıxıb və yolun kənarına aşıb.
Nəticədə, Sabirabadın Muğan Gəncəli kənd sakinləri, 1971-ci il təvəllüdlü Mirzəyeva Nüşabə Nadir qızı, 1959-cuil təvəllüdlü Quliyev Faiq Yavər oğlu və 1960-cı il təvəllüdlü Hüseynova Dilbər Allahpayı qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


İstifadəçi paneli