Oxşar xəbərlər
Tovuzda qadın ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.
ASMEDİA.AZ-ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb.
1996-cı il təvəllüdlü Nabat Əliyeva bədəninin 2-ci dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən 5 saylı Xəstəxananın Yanıq şöbəsinə göndərilib.
Məlumata görə, qadın üstünə qaynar su tökülüb.