Sumqayıt sakini narkotikdən zəhərlənərək ölüb.

13-04-2020, 02:35

Sumqayıt sakini evində ölü tapılıb.
ASMEDİA.AZ-ın yerli bürosunun verdiyi xəbərə görə, hadisə şəhərdəki yataqxanaların birində qeydə alınıb.
İlkin ehtimala görə, şəhər sakini, 32 yaşlı Məmmədov Faiq Nurəddin oğlu yaşadığı mənzildə yüksək dozada narkotikin təsirindən ölüb.
Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.


İstifadəçi paneli