Qazaxda yol qəzasında xəsarət alan 6 nəfərin kimliyi məlum olub.

13-04-2020, 21:32

Qazaxda yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
ASMEDİA.AZ-ın yerli bürosunun məlumatına görə, onlar 1989-cu il təvəllüdlü Xasayev Elnur Nofəl oğlu, 1987-ci il təvəllüdlü Məmədov Ruslan Şahmuraz oğlu, 1994-cü il təvəllüdlü Mustafayev İlkin Mustafa oğlu, 1994-cü il təvəllüdlü Rəsulzadə İslam Bəhram oğlu, 1990-cı il təvəllüdlü Abdullayev Kamil İbarahim oğlu və 2001-ci il təvəllüdlü Pənahov Araz Cəmil oğludur.
***
20:44
Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kosalar kəndinin yaxınlığında qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
 


İstifadəçi paneli