Abşeronda avtomobil piyadanı vurub.

14-04-2020, 01:44

Abşeron rayonunda piyadanı maşın vurub. 
ASMEDİA.İA xəbər verir ki, hadisə Digah qəsəbəsində baş verib.
1956-ci il təvəllüdlü Məhəmmədrza Hüseynov yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu “Opel” markalı avtomobil vurub. 
Hadisəni törədən sürücü onu 1 saylı şəhər xəstəxanasına yerləşdirib. Həkimlərin verdiyi məlumata görə, M.Hüseynova bədənin sağ tərəfinin çoxsaylı sınığı diaqnozu qoyulub. Onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. 
 


İstifadəçi paneli