Karantinin əsas məqsədi bu idi - Sədr

15-04-2020, 17:17

Karantin rejiminin əsas məqsədi epidemiyanın yayılmasının qarşısını almaq idi. İlk vəzifəmiz virus daşıyıcılarının aşkarlanması idi.
ASMEDİA.AZ xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ qərərgahın brifinqində deyib:
"Virusa yoluxan xəstələrin aşkar edilib müalicə olunması əsas vəzifəmiz idi. Əhalinin karantin rejiminə əməl etməsi sevindirici hal oldu. Birini vitse-prezidentin əhaliyə müraciəti, "Yeni klinika"nın ağır xəstələrin müalicəsi üçün istifadəyə verilməsi çox mühüm əhəmiyyət kəsb etdi. İnsanların bu qaydalara əməl etdiyi üçün təşəkkür edirəm".


İstifadəçi paneli