Azərbaycanda indiyədək 1548 nəfər koronavirusa yoluxub, onlardan 948 nəfər sağalıb, 20 nəfər vəfat edib

23-04-2020, 17:07

"Hazırkı dövrədək ölkəmizdə 1548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 948 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib".
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan ASMEDİA.AZ-a verilən məlumata görə, 580 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


İstifadəçi paneli