"Virtual xidmət mərkəzi" yaradılacaq

23-04-2020, 17:18

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə "2Win-Virtual xidmət mərkəzi" platforması yaradılacaq.
Agentlikdən ASMEDİA.AZ-a verilən məlumata görə, "Virtual xidmət mərkəzi" vətəndaşlara olduqları yeri tərk etmədən  platformada təqdim olunan xidmətlərdən yararlanmağa imkan verəcək. İstifadəçilər mərkəzdə yararlanmaq istədikləri xidmət otağına daxil ola biləcəklər.
Təyinatı üzrə otağa daxil olacaq istifadəçilər uyğun olaraq hüquqşünas, psixoloq, həkim və s. xidmətlərdən yararlana, müxtəlif proseslərdə virtual olaraq iştirak edə biləcəklər.


İstifadəçi paneli