Reketlərin de-şifre mərhələsi

8-05-2020, 01:38

Vaxt var idi ki, İmişlinin həbs olunan sabiq icra başçısı Vilyam Hacıyevin rüşvətxorluğundan, korrupsiya cinayətlərindən, sahibkarlara göz verib, işıq verməməsindən, onlardan qanunsuz tələblər etməsi barədə KİV-də (saytlarda) yazılan yazıları MŞ sədri Əflatun Amaşov çənfəşanlıqla sildirirdi.
Hər dəfə Vilyam Hacıyevin bu kimi qanunsuz və özbaşınalığından bəhs olunan yazılar dərc edilən kimi, Mətbuat Şurası (Şura üzvləri) özünü yuyulmamış çömçə kimi atırdı ortaya. Başlayırdılar saytlara zəng edib Vilyam Hacıyevi müdafiə etməyə. Və tələb edirdilər ki, V. Hacıyev barəsində yazılanları saytlardan çıxardın. Yoxsa sizi "reket" elan edəcəyik. Hansı saytlar ki, MŞ-nı eşidirdi onlarla işləri yox idi. Hansı ki, saytlar MŞ-ya "qoz" qoymurdu, həmin saytları və baş redaktorlarının adlarını MŞ-nın "qara siyahısına" əlavə edib, "reket" elan edirdilər. Beləliklə də Əflətun Amaşov və "MŞı"sı icra başçısının yanında xətirlərini bol edirdilər. Əcaba, "MŞ"-ı indi niyə SUSUB? Olmaya, son hadisədən sonra dili qatdanıb? İndi Siz deyin dostalr, Amaşovun Vilyam Hacıyevin yanında yeri varmı?!
P.S. Vaxtında biz jurnalistlər yazanda adımızı "reket" jurnalist qoyurdular. İndi görün, "reket" bizlərik, yoxsa xəyanətkar məmurlar? Ağsaqqalımız yox idi deyə, sözümüz də keçmirdi
Ramin Məhəmmədoğlu.


İstifadəçi paneli