Merkel və Makron yarım trilyonluq fond yaradır

19-05-2020, 11:40

Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron AB ölkələrinin koronavirusdan sonra bərpası üçün fond yaradılmasını təklif ediblər.
ASMEDİA.AZ xəbər verir ki, bu məlumatı “Assoşeyted Press” yayıb. Yarım trilyon avroluq həcmi olan fonddan zərərçəkən ölkələrə borc veriləcək.
Merkel və Makronun yaxın zamanlarda fondun yaradılmasıyla bağlı digər AB üzvləri ilə də konsensus tapacaqlarına ümid etdikləri vurğulanıb.


İstifadəçi paneli