Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Tramp koronavirusdan qorunmaq üçün hidroksixloroxin adlı malyariya dərmanından hədər yerə istifadə edir.
ASMEDİA.AZ xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokrat Partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovski Tvitter səhifəsində yazıb.
“Bu dərmanı 10 gündür ki, istifadə etməklə özünə zərər verir. Gözləri sönükdür və ABŞ prezidentinin vəziyyəti ağırlaşmış olaraq görünür. Bu dərmanı dayandırmasını və Rusiya istehsalı olan dərmanı gözləməsinin faydalı olacağını düşünürəm. Bu, daha yaxşı olacaq. Həm Trampı, həm də özünün təqdim etdiyi siyahıdakı 5-6 şəxsi müalicə edəcəyik”, - deyə partiya rəhbəri bildirib.