Oxşar xəbərlər
Baş Prokurorluqda növbədi kadr dəyişiklikləri olub.
ASMEDİA.AZ xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Elçin Məmmədov Baş Prokurorun birinci müavini təyin edilib. Buna qədər Baş Prokurorun birinci müavini Rüstəm Usubov olub.
Baş Prokurorun digər müavinləri isə Elmar Camalov və Nazim Rəcəbov təyin edilib.
Nizami Rəcəbov həm də Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri vəzifəsini yerinə yetirəcək.
Bu təyinatlara qədər Elçin Məmmədov Lənkəran, Elmar Camalov isə Mingəçevir şəhər prokuroru vəzifəsində çalışıblar. N. Rəcəbov isə Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi olub.
Rüstəm Usubov 2005-ci ildən Baş prokuror Zakir Qaralavoun birinci müavini idi.