11 saylı CÇM-nin məhbuslarına verilən zülmlə Xankəndindəki həbsxanada saxlanılan azərbaycanlı əsirlərə verilən əzabların fərqi nə qədərdir?
2019-cu ilin mayın 14-də dövlət başçısına və digər aidiyyatı qurumlara ünvanlanmış məhbus məktubunun bir nüsxəsi 1 ildən sonra İfadetv.com saytına göndərilmişdir. Adının qeyd edilməsini istəməyən məhbusun yaxınları da xahiş etdilər ki, 1 ildir ki, məhbusun məktubuna rəsmi reaksiya verilmədiyindən onu olduğu kimi cənab Prezidentə çatdırılmasında yardımçı olaq. İfadetv.com saytı da məhbus ailəsinin xahişini nəzərə alaraq məktubu olduğu kimi dərc etməzdən əvvəl xatırlatmaq yerinə düşər ki, doğrudanmı 11 saylı CÇM-nin rejim üzrə rəis müavini Mirzəyev İlqar adlı şəxs özünə məxsus Balaxanaıda vəZabratda saxladığı donuz fermalarında məhbuslara verilən yeməklərin bir hissəsini daşıtdırır və kasıb məhbus ailələrini pul vermək imkanı olmadıqlarına görə, bunun əvəzində onları qul kimi işlədir. Necə ki, erməni general etiraf edirdi ki, mən azərbaycanlı əsirləri boynunda zəngirlə bağ evində işlətmişəm. Yəni, erməni generalı İlqar Mirzəyevə baxanda nisbətən azəri-türkünə qarşı insaflı davranmışdır. Bəs o zaman bizi sdəcə düşündürən budur ki, niyə məhbus məktubuna aidiyyatı üzrə 1 ildir ki, reaksiya verilməmişdir?