“İdeal” Media qrupunun rəhbəri Nazim Quliyev Prezidentə müraciət etdi
Keçdiyi şərəfli, doğru-dürüst həyat yolunda Xalqımızın böyük hörmət və rəğbətini
qazanmış, məkanından asılı olamayaraq İnsan-Vətəndaş-Kişi necə olmalıdır?.düsturunu yazıb
sübut etmiş, haqqın və haqlının sözçüsü, Vicdan məhbusu, Qarabağ Qazisi, “İdeal” Media
qrupunun rəhbəri Nazim Quliyevə qarşı repressiyalar artan xətt üzrə davam etdirilməkdədir.
Böyük zonada Nazim Quliyevi susdurmaqdan ötrü iftira krujevaları toxunarkən geniş
hakimiyyət resurslu hibridlər arsenalındakı bəslədiyi və xüsusi statusla saxladıqları (“ictimai-
siyasi xadim”; “Vətəndaş cəmiyyətinin fəalları”.. və s.) son dərəcə əxlaqsız, yüyənsiz, şərin
dişilərindən istifadə etdikləri kimi, indi də imtiyazlı şərait yaradıb, hesablarına sülaləsini və hami
qoruyucularını yemləndirdiyi, dövlətə-xalqa xəyanət etmiş, xainlərin və ya üzdəniraqların
arxasına arxa olmaqla, öz məkirli, alçaq xislətlərini reallaşdırmaq istəyirlər. Nazim Quliyev
Prezident cənab İlham Əliyevə müraciət etmişdir. Müraciətdə deyilir:
“....Sizdən gizlədilər, yalan satılan hüquqsuz, dövlətsiz, sahibsiz insanlığa – insan və
vətəndaş hüquq və əsas azadlıqlarına sahib çıxın ki, hüquqi-demokratik Dövlət vəhşi cəngəllik
qanunlarının girovluğundan azad ola bilsin! Tragikomikdir - suverenliyi, müstəqilliyi,
təhlükəsizliyi uğrunda Qazi olduğum Dövlətdə siyasi sifarişlə azadlıqdan girov götürüldükdən
sonra, həbsxanadakı həyatımda konsentrik dairələrin düşmənçilik hədəfinə çevrilmiş, iftira
krujevaları, təxribat ssenariləri sərhəd tanımır və bu kimi səbəblərdən də dövləti, hüququ,
vətəndaşı tanıyan cəzaçəkmə müəssisəsi tapılmır..!
Çörəkləri namus, trans, qadın, qanun, narkotika, mobil telefonu, porno fleş kart, hamam
suyundan çıxan, başları mədələşmiş zombi alverçilər, Məni “islah” etməyə, barəmdə imic-
reputasiya formalaşdırmağa məsul edilmişlər..!
CÇM cəngəllik qanunları ilə idarə edildiyindən, Dövlət, hüquq, vətəndaşa obyekt, biznes
vasitəsi kimi baxıldığından, heç bir zonun dərəbəyi (“rəis”) Məni öz obyektində görmək istəmir.
Vətənim Qubadlı da işğaldadır, Paytaxt Bakı da!
Girovluq cəzamı harda? hansı dövlətin ərazisində çəkməliyəm? Cənab Prezident..!”