Paşinyan koronavirusa yoluxdu

2-06-2020, 00:13

Ermənistan Baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.
ASMEDİA.AZ xəbər verir ki, bu məlumatı o, Fasebook səhifəsindəki canlı yayım zamanı açıqlayıb.
Paşinyan koronavirus üçün ondan götürülən testin müsbət çıxdığını bildirib:
“Məndə heç bir simptom yox idi, amma səfərə getməli olduğum üçün test vermək qərarına gəldim. Bütün ailə üzvlərimin test nəticələri müsbət çıxıb. Aydındır ki, ailə üzvlərim məndən yoluxublar”.
Paşinyan onda hazırda heç bir simptomun müşahidə edilmədiyini və iqamətgahından işləməyə davam edəcəyini söyləyib.


İstifadəçi paneli