KARANTİNİN SMS-ri LƏĞV EDİLSİN!!!

9-07-2020, 18:33

İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:

Cəhənnəm bekçələri Xalqın olan-qalan ümidlərini məhv etməkdən ötrü,ağlına-ağzına gələn bəd xəbərlərləri kütlə şüuruna  "istehsal" etməkdədirlər...!?
Siz sərt qərarlardan müsbət nəticə gördünüzmü?
Absurd preventiv tədbirlər bumeranq yaşatdı...
Bilinsin ki, super güclər,demokratik ölkələr ona görə  istədiyi nəticəni əldə edə bilir ki, O məkanlarda hər kəs,heç bir təzyiq-təhdid olmadan QANUNLARA riayət,sayğı göstərir...
İnsanlığa İnsani münasibət,diqqət,qayğı göstərməklə yanaşı,Vətən-daşının ehtiyac səbətinin tutumunu öyrənib,bilir...
Əhalinin böyük əksəriyyəti işsizdir,gəlir qaynağı yoxdur,azyaşlı övladların zəruri təlabatları var...
Xalqın sabaha açılan qapısını arxadan bağlayırsan,acından-susuzluqdan məhv edirsən,adınıda qoyursan karantin....!
Ay karantin! ağzın köpuklənə-köpüklənə Xalqın əleyhinə çıxardığın blef qərarların nəticəsi nədən bərbad oldu...
Çün ki,o başlar ki,boşdu-hüdudsuzdu-mədələşib ki,onlar düşünə bilməz,onlar hər addımında Xalqa xəyanət etmiş olurlar..!
Hər bəladan nəf edən kəmfürsətçilər bu cür taleyüklü məsələdə Xalqı deyil şəxsi klinikalarını,marketlərini düşündülər.
5 gün sərbəstlik,hər kəs məsafəli,2 gün sıxlıq...
Budurmu sizin xidmət fəlsəfəniz?
Əksər sahələrdə arxadan birinci olan məğlub ölkənin xəstə "təbib"ləri heç olmasa qonşu Gürcüstanın Praktikasından özünə örnək götürsəydi,indi cənubu Qafqaza  xəstələrin sayına görə liderlik etməzdi!?
Praktik misal:
Hər gün statistika açıqlanır ki,bu qədər narkoman həbs edildi.
Narkomaniyaya qarşı mübarizə aparmaq eşqinə düşən sevdalılar ilk öncə həmin məhsulu ölkəyə idxal edən narkobaronları zərərsizləşdirməlidir.
Lakin,amma,ancaq bildiyim-gördüyüm budur ki,dövlət içində öz dezertir dövlətini qurmuş konsentrik dairələrin niyyəti bu ölkənin bütün gəncliyini, Ləyaqətli-sağlam həyat yaşayanları öz ailələrinin vəziyyətinə salmaq, narkoman görmək istəyirlər və istəklərinədə çatmaqdadırlar!!!
Şəxsimdə-Şüurlu həyatım boyu siqaret çəkməmişəm, Spirtli içki qəbul etməmişəm,2006-2007-ci ildə Müqəddəs Məkkədə olmuşam,Müsəlman həyatı yaşayarkən,
ataloqsuz rejim 2009-cu ildə,ARCM-in 148-ci maddəsilə (ifadə və söz azadlığı) Mənə 06 ay müddətinə azadlıqdan girov götürür.Girovluq müddətimin bitməsinə 02 ay qalmış  azadlıqda qalmış Pencəklərimdən birinə total hücum edirlər və cibindən narkotika tapılmasını legitimləşdirməkdən ötrü  08 aylıq hamilə Xatuna əleyhimə ifadə almaqdan ötrü şiddət-təhdidlər edərək,körpənin tələf olmasına nail olurlar.
Silah-sursata,körpənin tələf olmasına belə razı olan Xatun,şərə-böhtana-namussuzluğa,qol-boyun olmur.
Haqqın-ədalətin yanında olur.
Hətta qanımda narkotikanın olmaması ilə bağlı 03 ekspertizanın RƏYinə baxmayaraq, Hacı Məmmədov,zakir qaralov brendli  prokpolların şərnaməsini özünə hüquqi president seçən Ağır Cinayətlər məhkəməsinin haykimi  KƏLPƏLİOĞLU azər orucov,ədalətin bərqərar olunacağı ünvanı ənənəvi xəyanət yuvasına çevirib,234.1 maddəsilə 02 il cəza çamurladı...
Mənə qarşı bu cür şərəfsiz-namussuz-alçaq missiyanı yerinə yetirməyə müntəzir olmuş,Milli-Beynəlxalq qanunların heç bir norma prinsiplərinə məhəl qoymayan marginal orqanlar öz hüquqlarını bilməyən,hüquqsuz,dövlətsiz,arxasız Vətən-daşların belinə neçə ton istəsə narkotika yüklədiyini təsəvvür etmək bir o qədər də çətin deyil...
Qanun deyər ki, "istəyirsənsə xoşuna gələn şeylərə bənd ol,lakin onlara ancaq namuslu yolla yaxınlaş !!!
Ədəb deyər ki, "öz vəziyyətini ancaq namuslu yolla yaxşılaşdır"...
Ümumiyyətlə repressiv rejimlər Azadlıq,Azad Şəxsiyyət,Haqq-Ədalət demək kimi yüksək keyfiyyətləri dəyərləndirə bilmir!!!
Pessimist xəstə təfəkkürlü "təbib"lər Xalqın həyatı üzərində alver açmağın ən böyük cinayət və xəyanət olduğunu anlamalı və karantinə adaptasiya olmalıdır!!!
Səhiyyəsizlik ucbatından bu qədər Vətəndaşlarımızın vəfat etməsidə araşdırmaya zərurət yaradan amillərdəndi...
Hesab edirəm ki,Heç kəs hansısada məchul-virusa ram olmaq istəməz.
Bu baxımdanda sadəcə və sadəcə olaraq,Qanunlara-Qaydalara şəxsi işimiz kimi yanaşmalı,ölməməli,sağlam olmalı ki,yaddan çıxarılmağa cəhd olunan Zəngəzur-Qarabağdan ermənizmi təmizləyə bilək !!!


İstifadəçi paneli