MÜBARİZ ŞƏHİDİM !

9-07-2020, 20:32

İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:  

VƏTƏN-TOPRAQ-DÖVLƏTİNİN SUVERENLİYİ  UĞRUNDA, Könüllü olaraq  Gəncliyini-Ömrünü-Sevgisini  FƏDA  etmiş  MÜBARİZ  ŞƏHİDİM !!!
28 yıldır ki, hər bir   Ləyaqətli   Passioner Patriot  Sənin Cəsurluğundan, Ölümün gözünə dik baxmağından, Uğrunda Şəhid  Olduğun  Xanimanımız  Qarabağın-Qubadlının-Çiyələklinin işğaldan Azad Olunacağı  günün   Möcüzələrindən bəhs edir !!!
28 İldir ki, ŞƏHİDLƏR XİYABANINA Ziyarətə gələn Soydaşlarımıza  məchul  baxışlarınla  Qubadlıya, Dünyaya gəldiyin  Çiyələkli   Kəndinə  NƏ  VAXT  Gediləcəyini   Məğrur  QƏHRƏMAN  Olaraq  Sorğulayırsan........?!
10.12.1964-cü yılda Qubadlı rayonun  Çiyələkli  kəndində dünyaya gəlmiş Mübariz Əbdül  oğlu Alıyev  04.01.1994-cü ildə Ağdamın Güllücə  kəndində  ŞƏHİDLİK  Zirvəsinə  ucalıb.
MÜBARİZ  ŞƏHİDİM  doğma Kəndi ÇiYƏLƏKLİ   Hayların ən iri Şəhərlərindən Kafanla həmsərhəd  olsada  MÜBARİZLƏRİN  Sayəsində  nə Kafanda,nədə ki, üzbə-üz  erməni kəndləri -ağavurd-ujanis-hayrak- - -da  bir  ədəddə  olsa  hay  qalmamışdır...
Qubadlıya  hücum  Fizuli,Cəbrayıl istiqamətindən olsada, haylar və  ruslar Xocalı qətliamını təkrarlamaq  istəsələrdə, Qaçaq  Nəbinin, Əliyar Əliyevin............, SƏLƏFLƏRİ   haylara məkirli şansı tanıtmadı !
Onlarla  İGİD Oğullar ŞƏHİD  Oldu.
Mübaliğəsiz,heç bir bəlağətli tezis hazırlamadan yazıram ki, Qubadlı  EL-OBASINDAN ötrü Elin O  Başı,  Bu başı kimi anlayış  Olmayıb, YOXDUR!
Bu  baxımdanda, ŞƏHİDİMİZ- Əliyar Əliyev  Laçın  uğrunda, Mübariz  Alıyev  Ağdam  uğrunda  döyüşlərdə   Misilsiz Şücaət göstərdikdən  sonra  HAQQIN DƏRGAHINA Qovuşmuşlar !
MÜBARİZ  ALIYEV  barəsində  Komandanlıq israrla MİLLİ  QƏHRƏMAN  adının verilməsini təqdimat  etsədə.........?!
25.06.2012-ci  ildə,Prezidentin  Sərəncamı  ilə  Azərbaycan  Bayrağı  Ordeni  ilə  təltif  olunmuşdur.
MÜBARİZİ  Tanıyanlar  ONU  MİLLi  QƏHRƏMAN  Statusunda  şövq-təbii qəbuı edirlər və Sevirlər !!!
ALLAHDAN  Bütün  ŞƏHİDIƏRİMİZƏ RƏHMƏT, QAZİLƏRİMİZƏ  AZADLIQ  Diləyirəm !!!
ELİN  QİSASI ,  TOPRAĞIN  XİLASI !!!


İstifadəçi paneli