BİR İŞGƏNCƏNİN TARİXÇƏSİ....

10-07-2020, 14:52


REPRESSİYALARA  SON  VERİLSİN !!!
ŞƏHİD Fizuli Ocaqverdi oğlu Orucovun övladı Elvin Oruclu 8-ci ildir ki,törətmədiyi cinayətin cəzasını çəkir.
O,təkcə Məhkəmənin hökm etdiyi cəzanı deyil,türmə içində türmə yaratmış quldur dəstəsinin  müəyyən etdiyi fiziki-mənəvi-cismani işğəncələrin cəzasını çəkməyə məhkum edilmişdir.
Bu 8 yılda Elvinə Stalin fəlsəfəsi üzrə zülm yaşadan  repressiv orqanlar əvvəlcə 11 saylı c.ç.m-dən Qobustan həbsxanasına,ardınca 1 saylı c.ç.m-ə,ardınca 7 saylı c.ç.m-ə sürgün edilmişdir.
Nədir Elvin Oruclunun SUÇU???
Onun günahı-Vicdanıdır,Zülmə boyun əyməməsidir,Türk kişisi olaraq davranış,əxlaq,mədəniyyət,mərifət sahibi olmasıdır...
Onun kriminal aləmlə də heç bir bağlılığı yoxdur və Turançılıqdan başqa heç bir mənasız fraksiyanıda qəbul edən deyil...
Məhz 28 yaşlı Elvinin dürüstlüyü məhkum kontingenti arasındakı nüfuzu paqonlu narkobaronların və onların mallarını realizə edən "yaxçi işverən qaqaşların" xoşuna gəlmədiyindən sonuncu-1 saylıda baş verənlər penitensiara salyut oldu...
Bütün günü vaxtını İdmana sərf edən,heç kəsə qoşulmayan,yalnız hadisələrin dəqiqliyini əks etdirən Türk-Osmanlı tarixinə yaxından bələd olan Elvinin yaşam tərzi  1 saylı zonun çürük məramnaməsinə uyğun gəlmirdi və nəyin bahasına olursa-olsun iftira krujevaları tikilməli idi...
1 saylı zonda Sumqayıt əhlindən olanlar 100 nəfərə yaxın olmaqla yanaşı,bunların içərisində müxtəlif təriqətlərdən olan əqidəsiz-satqın onurğasız subyektlər, iştahasından başqa hər şeyini itirmiş "vorovskoy" şəngülümlər olsada və əksəriyyəti administrasiyanın sözünə duet oxusada nidanı və Son Sözü Elvinin qoyması hər iki tərəfdə diskonfort yaradırdı...
Administrasiyanın "hörmətli oğlan" imici yaratmaq istədiyi narkobaron "zaka" ləqəbli Zaur Nəsirov universal ssenari üzrə Elvinin qaldığı "kupe"yə verilir və zaka az bir vaxtda öz heç kimliyini de-şifre edir.
Qonşusu,Vəhabi təriqətindən olan Tural Məmmədovla birləşib, Sumqayıt Əhlindən olan narkotikaya meyilli şəxslərə əvvəlcə administrasiyanın realizə üçün verdiyi narkotikanı təklif edirlər,ardıncada həmin şəxslərlə yanaşı onlarla ünsüyyətdə olanları əvvəlcə döyüb,sonra karsa yığıb "krıtı"ya getməmək üçün 500-2000 manat başlıq alırdılar.
Bu kimi islahatların qurbanlarından Elvin Orucluda olmuş və 1000 manat verib,canını qurtarmışdı!!!
Hansı ki, Elvin Oruclunun Anası Fazilə Xanımdan başqa Vətəndə yaşayan heç kimi yoxdur!!!
Anası da evləri olmadığından kvartirant yaşayır!
Ali təhsilli Anası Fazilə Xanım Övladı Elvinin həbsxanada qarşılaşacağı məhrumiyyətlərə qarşılıq verməsi,oğlunun sakit yaşaması naminə bu günə kimi başqalarının evində işləməyə məcburdur !!! 
Budur ŞƏHİD ailəsinə verilən qiymət,göstərilən qayğı....
Sumqayıt əhlindən olan bir neçə nəfər tərəfindən döyülən,söyülən "avtoritet-idmançı" zakanın dramatik səhnələrinin birində Elvinin laqeyd yanaşmasından "mütəəssir" olur və bu səhnələrdən Elvinin xoşu gəldiyinə falçılıq edib,onunla haqq-hesab çəkmək qərarı verir.
Zaka administrasiyanın xeyir-duası ilə, Elvinin yaşadığı kupeyə 10-15 ədəd özü kimi kaçok-qırxıq gədə topluyur və "po ideya" söhbət etmək istəsədə sonunda "şkonkanın"altında nəfəsi hiss edilir...
(Bax,illərdir ki,cənab İlham Əliyev KİVDF-yə milyonlar ayırır,evlər paylayır ki,Dövləti-hökuməti müdafiə olunsun,medianın səsi dünyaya səs salsın!!!
Lakin görünür ki,medianın səsi qapançının debil başı üzrə formalaşdırılmış zibilxanadan,talançılıqdan,xəyanətdən,şər-böhtandan gəlir və gələcəkdə...
Neçə ki,Sükan namusu ilə 525 dəfə alver etmiş medallı şenokların,QıF-ların əlinə verilib bu rüsvayçılıq bitən deyil...)
Ağrılı sonluqdan ürəyi açılmayan 1 zonun rəis başları ZAKA-nın qisasını, "zampolitin" otağının yanında kamera altında həyata keçirirlər ki,sifariş verən gədənin xoşuna gəlsin.
Elvini 7 nəfər şəxsiyyətsiz,ailəsinin  düzəni narkotikadan,cibgirlikdən,quldurluqdan,reketlikdən çıxan,Dövlət-Xalq arasında nifaq,etimadsızlıq-nifrət mühiti formalaşdıran  paqonlu zombilər qoşa qandalla arxadan çarpaz qandallayaraq  özündən gedənə qədər döyürlər və karsa atıb,hədə-qorxu gəlirlər ki:"çölə xəbər etsən səsin krıtıdan gələcək".
 "Krıtı" vermək məhkəmənin əsaslandırılmış qərarı ilə təyin edilməli olduğu halda vəziyyət daha da acınacaqlıdır.
Əksinə məhkəmə görəndəki məhkuma qarşı
tikilən torba dayazdır,vaxt verir ki,dərinlik məsələsi dürüst həll edilsin.
Çünki "hakimlə" türmənin rəis heyəti birmənalı olaraq  4/3;3/2;3/1 adlanan qeyri-leqal Qanun al-verində şərikdirlər.
Elvinə qarşı törədilmiş sərhədsiz cinayətdən xəbərdar olan yaxınlarının həyacan təbilindən sonra,Onu 7 saylı zonaya yatab edirlər.
Adınıda qoyurlar təhlükəsizlik !
Elvinə qədər təkcə 4 dəfə öz Sumqayıt əhli tərəfindən döyülən, zona gəldiyi 1 il müddətində 50 dəfə söz-söhbəti olan Zakanı sevən,müdafiə edən şər qüvvələr heç özü-özündə  "kişilik" vicdanına hesabat verirmi ki,çörəyi hardan çıxır?
Bu nə cür yaşayışdı?
Mənim övladlarımın çörəyinin mənbəyi haradır? və.s..
Sözsüz ki,Vucdanı olanlar Vicdan əzabı çəkər!
Cənab İlham Əliyev Vətəndaşların müraciət etmə haqqı barəsində etdiyi  son çıxış autentik pozitiv qarşılansada,nəticədə heç nəyin dəyişilmədiyi,ramiz mehdiyev aparatının
hələdə fəaliyytdə olması məyyusluq doğuran səbəblərdəndir.
Şəhidlərimizin qanını almaq gücündə olmayanlar,heç olmasa Şəhid övladlarının qanını axıtmasınlar!!!!
Vətən-Toprak Uğrunda Şəhid  olmuş Ucaların Ailəsini-Övladlarını alçaldan,döyən,söyən,soysuz alçaqlar mütləq cəzalandırılmalıdır!!!


İstifadəçi paneli