Operativ Qərargahın brifinqi

10-07-2020, 17:45

Rəqəmlərdə müəyyən stabilləmə özünü göstərir. Artıq sağalan və yoluxanlar arasında cüzi fərq nisbəti müşahidə olunur.
ASMEDİA.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib.
"Vətəndaşlara göstərdikləri anlayışa görə təşəkkür edirik. Onların məsuliyyətli yanaşması, qaydalara riayət etməsi nəticəsində biz buna nail olmuşuq.
Karantin rejiminə görə bütün struktularımız fəaliyyətə keçib. Dövlət qulluqçuları gərgin iş rejimində fəaliyyətlərini davam etdirirlər", - o bildirib.
H.Hacıyev qeyd edibki, dünyadakı epidemioloji vəziyyət heç də qənaətbəxş deyil:
"Bu gün Prezident İlham Əliyevin təşəbbüskarı olduğu BMT Baş Assambleyasının xüsusi sessiyası öz işinə başladı. BMT tarixində bu günə qədər 30 xüsusi sessiya baş tutub. Hesab edirik, bu təşəbbüs koronavirusla mübarizədə öz töhvəsini verəcəkdir".
O qeyd edib ki, Türkiyə, Rusiyadan mütəxəssislər ölkəmizə gətirilib:
"Eyni zamanda Kubadan ölkəmizə həkimlərin gətirilməsi nəzərdə tutulur. Kubanın dünya miqyasında Ebola virusuna qarşı mübarizədə zəngin təcrübəsi var. Bu səbəblə sözü gedən ölkənin mütəxəssisləri ölkəmizə gələcəklər".


İstifadəçi paneli