Korona başlayandan media ön cəbhədədir

10-07-2020, 22:12

Koronavirus pandemiyası başlayandan bu günə qədər media mənsubları ön cəbhədədirlər.
ASMEDİA.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib.
"Onlar daim hərəkətdə, insanlarla təmasdadırlar. ÜST tərəfindən verilən tövsiyələrdən ən vacibi kommunikasiya strategiyasıdır. Jurnalist həmkarlarımıza özlərini qorumalarını tövsiyə edirik.
Brifinqlərin onlayn rejimdə keçirilməsi məsələsi də müzakirə mövzusudur. Bu barədə əlavə qərarlar ola bilər", - o bildirib.
Yaqut Qarayeva əlavə edib ki, test analizlərinin simptomları olanlar üzərində aparılması daha doğrudur:
"Bu testlər burun və udlaqdan aparılır. Nəticələr hər gün dəyişə bilər. Buna görə də testlərin kütləvi aparılması tövsiyə olunmur. Çünki insanlarda yanlış rahatlığa gətirə bilər. Buna görə də insanlara maska, sosial məsafə və əl gigiyenasına riayət etmələrini tövsiyə edirik".


İstifadəçi paneli