Prezidentə bumeranq yaşadanlar

16-07-2020, 12:00

ƏƏSMF yanında Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsində İnsan və Vətəndaş Hüquqlarının fundamental prinsipləri deformasiyaya uğradılıb...
ASMEDİA.AZ xəbər verir ki,bir qrup Vətəndaşın redaksiyamıza etdiyi şikayətlərdə göstərilən faktların araşdırılması məqsədilə  Fondun Nəsimi rayon şöbəsi və Nazirliyin özü ilə saxladığımız telefon əlaqəsi sabotajdan başqa hər hansı dövlət-Vətəndaş münasibətlərindən söhbət belə gedə bilməz.
C.Ç.M-dən və yerli məhkəmə kəsdiyinə görə Apellyasiya məhkəməsi tərəfindən azadlığa buraxılmış və tələb olunan "Arayış" C.Ç.M-si tərəfindən deyil,qanunamüvafiq olaraq Bakı İstintaq Təcridxanasının verdiyi "forma-1" arayışı qəbul edilmir və Sosial Ödənişlərin Təyinat idarəsinin rəisi Mayıl Məmmədovun düşüncəsinə görə  verilməsi nəzərdə tutulan 1050 manat pul verilməməlidir.
Səbəbi C.Ç.M-dən deyil,İstintaq təcridxanasının "arayış"ı olduğuna görədir!?
Fondun Nəsimi rayon şöbəsinin rəsmisi Aksana xanım Mayıl Məmmədova istinadən bu sözləri bildirir!!!
Bürokratik sabotajın birinci tərəfi budur....
İkincisi,Vətəndaşlar yardımların alınması ilə bağlı tələb olunan sənədləri bu ilin Fevral-aprel aylarında təqdim etdikləri halda,4-5 aydır ki, verilməməyin səbəbləri nədən rəsmi cavablandırılmayıb???
Təqdim edilən sənədlərin qəbul edilməsilə bağlı fond əməkdaşının imzasıda ortadadır!
O zaman 4-5 ay süründürməçilik,məticəsiz sonluq qanunlarının müəllifləri kimdir?
Prezident cənab İlham Əliyev  bütün çıxışlarında məmur harınlıqları,rüşvətxorluq,süründürməçilik və.s kimi,hallara son verilməsi və bu cür qanundankənar əməl sahibləri barədə ciddi tədbirlərin görüləcəyini bildirərkən, ƏƏSMN-i istisna edilir kimi ifadəsi barədə məlumatımız yoxdur!
Əmək və Əhalinin Sosial müdafiəsi naziri Babayev Sahilə və onun tabeçiliyində ki,qurumlara sual edirik?
-Sizin Xalqa Xidmət fəlsəfəniz nədən ibarətdir?
-Fevral-aprel aylarında Sosial Müdafiə Fondun Məsimi rayon şöbəsinin rəisi Hüseynov İlhamın qəbul etdiyi sənədlərin bu günə kimi icrasız qalması  
HANSI DÖVLƏTİN QANUNLARI İLƏ TƏNZİMLƏNİR???
-Bərabərhüquqlu Vətəndaş olmaqdan ötrü,nə etmək lazımdır???
Problem diqqətimizdədir.
Mehriban Əliyeva


İstifadəçi paneli