28 İLDİR VƏTƏNİMİZ QUBADLI VƏ AİLƏ ÜZV...
İDEAL MEDİA
Rüşvət,soyğunçuluq,hüquqsuzluq Övladım-yenicə Qobustan Qapalı Həbsxanasına sürgün edilən Qayıbov Bəxtiyar İntiqam oğlunun fiziki kimliyini məhv etməkdədir!!!
ASMEDİA xəbər verir ki,bu sözləri Qubadlı rayon sakini,hazırda yataqxanada məskunlaşmış Bəxtiyar Qayıbovun anası A.Cümşüd qızı Əliyeva Prezident İlham Əliyevə,Birinci Vitse-Prezident Mehriban Əliyevaya,Baş Prokuror Kamran Əliyevə,Ombudsman Səbinə Əliyevaya və Müstəqil Media quruluşlarına müraciət edərkən bildirmişdir:
Müraciətin mətnini ixtisarla diqqətinizə çatdırırıq:
"...Övladım Bəxtiyar Qayıbova qarşı törədilmiş kriminallarla bağlı Prezidentə,Birinci Vitse-Prezidentə və müvafiq Dövlət orqanlarına etdiyimiz "müraciət"lərdən sonra,Repressiyalar aktiv fazaya keçirilmiş və Sizlərə müraciət etmək,haqqını müdafiə etməyin qəbahət və ağır cinayət olduğu nəticə etibarı ilə şərtləndirilmişdir!
Müraciət etmişdim ki,Övladım:
-Bəxtiyar Qayıbovdan hər ay telefon danışığı üçün -500 (beş yüz)manat;
-Kafe-çayxanaya 700 (yeddi yüz)manat;
-Görüşünə gedənlərin hər birindən 100(yüz)manat;
-Tibb Sanitar hissədə bir aylıq icarə haqqı 200(iki yüz) manat;
-"Pilot"adlanan korpusun 2-ci mərtəbəsindəki otağı təmirsiz şəkildə 4000(dörd min)manata 1 saylı C.Ç.M-nin rəisi və onun dəstəsi satmışlar..
Övladımdan əlavə pul qoparmaq niyyətilə,rəis heyətinin dövrüyəyə buraxdıqları narkotik vasitələrin realizə edilməsində iştirak etmədiyinə görə,Ona fiziki-cismani-mənəvi işgəncələr verərək karsa atmışlar və yenidən karsdan buraxılması üçün,1500(min beş yüz)manat rüşvət alsalarda,doymamışlar və əlavə olaraq yenədə pul tələb etmişlər.
Düşdüyümüz böhranlı vəziyyətdən qurtulmaq üçün Sizlərə etdiyimiz "müraciət" məmurların qəzəb vektorlarını artırmış və Övladım-Bəxtiyar Qayıbovu universal ssenarilər üzrə iftira krujevaları düzənlənib,28 ildir ki,Vətənini sevdiyinə,ermənizmə güllə atdığına görə Ömürlük Azadlıqdan məhrum edilmiş atası İntiqam Qayıbovun girov saxlanıldığı Qobustan Qapalı Həbsxanasına sürgün etmişlər...
Bir ailəyə qarşı,bu cür ağır Repressiyalar 1937-ci ildə belə heç kəsə qarşı törədilməmişdir!!!
28 ildir Vətənimiz Qubadlı və Ailəmizin fundamental Konstitusion hüquqları işğal altındadır!!!
Göstərilənləri nəzərə alıb,Övladım Bəxtiyar Qayıbova qarşı törədilmiş repressiyalara hüquqi qiymət verilməsi,borc olaraq yaxınlarımızdan aldığımız və rüşvət olaraq 1 saylı C.Ç.M-nin rəis heyətinə ödədiyi 20000(iyirmi min)manat pulumuzun qaytarılması üzrə tədbirlər görməyi Sizdən xahiş edirəm."
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...