SABAHI RÜŞVƏTLƏ AÇAN MİLLƏTİN,NİFRƏT PAYI ÇOX OLAR !!!
İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:
İnsan doğulduğu məqamdan ölməyə başlayır...
Daha doğrusu,o eyni zamanda həm yaşayır,həmdə ölür....
Vətənə-Dövlətə-Millətə-Toprağa-Ailəyə və.s,sevgi dərsdə,evdə təkrar-təkrar deyilsədə,həyatda qazanılır,yada ki,nifrətə hamilə qalır!
Yaşadığımız ölkə yaranışından bazisi elə qurulub ki,artıq hər kəs refleks olaraq,dünyaya gələcək körpəsini qarşılamaqdan başlamış,dünyadan yola salacağı doğmasının dəfn edilməsinə kimi ağlına gələn autentik fikir bu olur;
Görəsən nə qədər alacaqlar"???
Ruşeym halından alqı-satqı işlərilə qulaqları doldurulan çağa,ömrünün sonuna qədər də bu cinayətə bulaşmış olur və bu kimi şərəfsiz anti-milli ideolagiyanı qəbul etməyənlər də şərlənib həbs edilirlər.
Çoxluq təşkil edən naxırda tiranın vəkili-vəziri rolunda kütlə şüurunun qulağına asan işləyən manipulisiv dələduzluqların qəhrəmanına çevrilir...
ANA-VƏTƏN sözlərinin də müqəddəs mahiyyəti burdan anlaşılır və Vətəndaşı həyata bağlayan Anasından sonra gələn Vətəninə olan sevgisi tandem olur!!!
İztirablarla,əzab-əziyyətlə Övlad böyüdən Anaların Oğulları çəng meydanında Vətən-Dövlət naminə ölümü göz altına alıb ŞƏHİDLİK zirvəsinə yüksəldiyi kimi,iztirab yaşadan,rüşvət alan,haramla böyüyən və ya böyüdülənlərin övladlarının səsləridə Qanun-İnsan alverçiliyindən,avtoşluqdan,iyrənc kayotalardan gəlir.
Hazırda məqsədli şəkildə Vətəndaş-Hökumət münasibətləri xoşagəlməz vəziyyətdədir...
Dövlətə-Prezidentə qarşı etimadsızlıq mühitini yaradan da elə dövlətdən maliyyələşən qurumlar və rüşvətlə vəzifələrə soxuşdurulmuş zombi-məə-mırr-lar və söyüşlə doğulub,söyüşlə qidalanan,hərşeyşünaslardı...
Yaşlı-cavan hesaba alınmadan Dövlət qurumlarına
və digər xidmət sahələrində savadsızlar,rüşvət çəlləyində qıcqırmışların törəmələri məskən saldığından Vətəndaş gördüyü mənzərədən ağlına gələn ilk söz söyüş və ya qarğış olur!!!
Karantin dövründən istifadə edən karrantinin vələdzinaları Xalqı ələ salırlar,aldadırlar və rüşvət almaq üçün münbit şəraitin yarandığını hiss edirlər...
Qanunsuz-Xəstə-Despot qurum və orqanlara təklif edirəm ki, ananızın malı kimi istifadə etdiyiniz Dövlət təşkilatlarına nepotizm-rüşvət fəlsəfəsi üzrə işə qəbul etdiyiniz 99 faiz zombi kartonlarla ("kadr") yanaşı,1 nəfər də savadlı-vicdanlı-dövlətini-millətini-valideyinlərini-özünü tanıyan kadr pulsuz işə qəbul edin ki, Vətəndaşla adəm övladı kimi danışa bilsin,suallarını dolğun cavablandırsın,Vətəndaş məmnunluğunun necə bir şey olduğunu sərgiləyə bilsin!!!
San ki, bunlar dövlətin inzibati binasında deyil,ağaca dırmaşıblar!?
Unutmayın ki,ağacdakı meymun nə qədər çox yuxarı dırmaşsa,gündəyməzi bir o qədər aydın görünər!
Meymunluq etməyin,Dövlətə,Xalqa Xidmət edin!!!