KÖNÜLLÜ SƏFƏRBƏRLİK-YOXSA,SİMULYASİYA...

19-07-2020, 20:39

İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:  

Həssas məqamlarda könlünü-hissini-orientasiyasını-milli-siyasi kimliyini itirmiş,özlərini tanımayan heysiyyatsız subyektlərin "könüllü döyüşə"yazılması kimi piarlar paranomikdir!!!
28 yıldır ki,İstiqlalımız,hürriyyətimiz,bütövlüyümüz Naminə Xalqımızın həssas təbəqəsi,həsrət,xiffət çəkməkdədir!!!
Bütün arzuları,istəkləri arxada qalmış gələcəyinin üzünə başıaşağı və qürursuz baxır!!!
28 yılda işğal altında qalmış 12 rayonun 12 santimetr toprağını geri qaytara bilmədik!!!
Yaltaloqların,hərşeyşünas "ekspertlərin" abırsız muştuluqlarından başqa...
Son günlər,BİR ORDUDAN QÜDRƏTLİ və GÜCLÜ  ŞƏHİD  GENERALIMIZ  POLAD  HƏŞİMOV apofeozundan sonra, Xalqımızın "Elin qisası,Toprağın xilası" Naminə döyüşə meydan oxuması Qarabağ Qazisi olaraq Məni çox sevindirir !!!
Bu əmələ görə ancaq sevinmək və qürur duymaq olar!!!
Lakin,amma,ancaqlar yenədə kolluğu basdı...
Özünü tanımayan,bədəninə sahib çıxa bilməyən,orientasiyasını dəyişən,bir nəmərə qarşında istənilən pozanı,performansı göstərən mütrüf-şortu biznes sürtülmüşlərindən tutmuş 
Xalqın qanı-canı hesabına sülaləsini bəsləyən vampir məmura, hərbi xidmətdən yayınmaqdan ötrü özünə üzdəniraq diaqnozu yazdırmış əməkdar şenoka qədər hamısı vətəni sevmək sevdasına düşmüş və bu cür rüsvayçı mənzərə düşünülmüş şəkildə publikaya raskrutka edilməkdədir...
Məmur arxa cəbhədə,Xalqına sitəm çəkməsə,toprağın 1 sotunu 10.000 manata satmasa, yaşadığı məhlədə belə öz əməllərilə Dövlət-Prezident  adına diskriminasiya,ikilistandartlar, anarxizm prioritetlərindən əl çəksə,elə bil ki, Vətənə Xidmət edir, düşmənlərə sarsıdıcı zərbələr endirir....
Əyninə uniforma geyinib Seksopil-sekstet pozalar verən bəzi şortu-biznes sürüşkənləri öz parıltılı şəngülüm libaslarını geyinib ənənəvi həyatlarını yaşasalar daha yaxşı olardı,nəinki hərbi forma...
Çünki həmin formada dövlətin müqəddəs atributları işğaldan azad olmaq istəyir...
Ləyaqətsizlik,abırsızlıq,əxlaqsızlıq işğalından....
Hərbi xidmətdən qaçmış,1-ci Qarabağ savaşından sürüşmüş,Qarabağ Qazisinə,Şəhid ailələrinə şər böhtan atan,ölənin ölümünə,xəstələnin xəstəliyinə,həbs edilənin həbsinə sevinən, əqidəsini,namusunu,vicdanını,şərəfini bir zamanlar söydüyü düşməninə satan və bu kimi abses-appendiks əməllərinə görə əməkdar şenok adına layiq görülən neondertalın döyüş meydanında nə  işi ola bilər ki,Sizcə???
Dövlətini-Xalqını-Toprağını sevən və təmənnasız Xidmət göstərən medalsız,Passioner patriotlar yaxşı anlayırlar ki,Hərbi  siyasətdə niyyət deyil,Potensial vacib şərtlərdəndir!!
Ümumiyyətlə hər kəs öz işilə məşğul olsa,hər kəs öz sahəsində Dövlətə-Xalqa Xidmət etsə,TOPRAĞIMZIN,İNSAN və VƏTƏNDAŞ  HÜQUQ  və ƏSAS  AZADLIQLARIMIZDA işğaldan azad edilməsi şansı yaranar!
Görünən və bilinən budur ki,bu illər ərzində Dövlət aparatına soxuşdurulmuş iri çaplı məmurların Xalqa Xidmət fəlsəfəsi-quldurluq-reketlik-soyğunçuluq-yalançılıq-talançılıq olduğundan, Xalqın yaddaşında onların milyonlarla ölçüləcək səltənətlərinin mənbəyini hesablamaq qalır...
Prezidentin hansısa məmura bir balaca tərs baxışı,illərdən bəri üstü hələdə açılmayan cinayətlərinin iyini dünyaya buraxır...
Məhz bu kimi anti-dövlət,anti-millət aparılmış siyasətin nəticəsidir ki,absurd bleflər dalana dirənib.
Gələcəyin gözləri bizə bütün olub keçənlərin acı eyhamı ilə baxır.
Bilirsiz???


İstifadəçi paneli