SOSİAL NAZİRLİK HANSI XALQIN MÜDAFİƏÇİSİDİR?
Onlarla Vətəndaş Prezident İlham Əliyevə,İdeal Media-ya rəsmi Şikayət edərək,Dövlət Sosial Müdafiə Fondunun Nəsimi şöbəsində və Sosial Ödənişlərin mərkəzi təyinat idarəsi tərəfindən həyata keçirilən anarxizmə son verilməsi, deformasiyaya uğradılmış hüquqlarının bərqərar olunmasını xahiş edirlər.
Şikayətdə qeyd edilmiş arqumentlərin düzgünlüyünü təsbit etmək üçün,Sosial müdafiə fondunun Nəsimi rayon şöbəsində olduq.
Karantin dövrü olduğundan heç kəs qəbul edilmir,qapıda Vətəndaşları özünün təqdimatında rəisin sürücüsü qəbul edir və abstrakt cavablarla "məmnunluq atmosferi"yaradırdı?!
Anarxizm kontekstində,Nazirliyin və Fondun-012-562-3359; 012-562-20-11; 012-562-34-81; 012-434-60-18; 012-434-55-87 saylı telefonlara etdiyimiz zənglər çağırsada,cavab verən günlərdi ki,yoxdur ?!
Nazir Babayev Sahildən soruşuruq:
1.Tabeçiliyinizdə "yeni"yaratdığınız "Sosial Ödənişlərin Mərkəzi Təyinat idarəsi" hansı zərurətdən və nə üçün yaradılıb?
2.Bu idarə xüsusilə Kim(lər)ə xidmət göstərir?
3.Hansı Xalqa?,Hansı Ölkənin Vətəndaşlarına???
4.Şəxsiyyət vəsiqəsində Azərbaycanlı,Bakı şəhərində qeydiyyatda olan Vətəndaşları 5 aydır ki,get-gələ salan,çörəklə imtahana çəkən hansı millətdən emal edilmiş məmurdur?
5.Məlumat səbətinizdə göstərilən telefon nömrələri nə üçündür?
Nazirliklə əlaqə saxlamaq istəyən Vətəndaşları incitmək,yoxsa ələ salmaq???
6.Sosial ödənişlərin mərkəzi təyinat idarəsi hansı ünvanda yerləşir?
7.Beş aydır ki,Vətəndaşlardan tələb olunan sənədlər bu günə kimi cavablandırılmaması hansı dövlətin qanunları ilə tənzimlənir bə bürokratik sabotajın başqa adı nədir????
Cavab haqqımızı gözləyirik.
Kamal Cəlal