XARİCDƏDƏ, DAXİLDƏDƏ......
İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:
Paradoksaldır,nədən xaricdə komfort həyat tərzi yaşayan,azərbaycanlı məə-mırr-ların "oğlanları"nın səsləri çıxmır?
Erməni qarşısına çıxıb "risovka"lıq edə bilmirlər?
Bahalı Mülklərini, avtomobillərini,saatlarını nümayiş etdirib, onlara şok-terapiya yaşada bilmirlər?
Necə ki,Xalqımıza yaşatmaqdadırlar....
Nədir? bunların taleyinə yalnız,Azərbaycanın sərvətlərini çalmaq,talamaq, fərarilik,vəzifə,sadə Vətəndaşları şərləmək,ciblərinə girmək,haramla böyüyüb kef çəkmək,ermənilərlə qohum olmaq,"obmentıvarlıq" yazılıb?.......?
Səngərdə düşmən gülləsinə tuş gələn sadə Vətəndaş;
Universiteti fərqlənmə diplomu ilə bitirib qul bazarında iş axtaran sadə Vətəndaş;
Həbsxanalar boş qalmaması,planın doldurulması üçün,xammal-əşya kimi şərlənənlər sadə Vətəndaş...
İllərdir ki,Avropada,ABŞ-da konqresmenlərə,boslara Azərbaycanın ikrasını,pulunu yedizdirib,"Lobbiçiliklə" məşğuluq deyib, MAZtv-də imitasiya xarakterli,videoroliklər göndərən reklamistlər niyə itib-batıb?
Xaricdə yaşayan ermənizm bilsəydi ki,sözün tam mənasında burda,nüfuzlu diaspora təşkilatı var,bu cür şan dığalıq etməzdi....
Boz şakalın "yaltaloq-partiya sədri" və.s,kimi ortaya atdığı hərşeyşünasların "rəsmi ritorik çıxışlarının" əlvanlığından asılı olmayaraq,ermənilər dünyanın hər yanında Bizə qarşı hücum edir və istədiyi məkirli-mənfur məqsədinə də çatır...
28 yılda da bunları görüb,hiss etmədiniz?
Yoxsa,yenədə multikulturalizm-tolerantlıq damarınız tutdu ?
Tolerantlıq-dözümlülük mənasınl anladır.
İnsanların əqidəsinə,fərqli düşüncəsinə,inancına dözümlü yanaşmanı özündə ehtiva edir.
Sözsüz ki,bütün bunlar da İnsan və vətəndaş hüquq və əsas azadlıqlarının,plüralizmin,demokratiyanın əsasında formalaşır.
Tolerantlıq-humanizm eyni zamanda Vicdanın göstəricisidir.
Vicdanı olan İNSANSA Toprağını-Dövlətini--Xalqını heç kimə güzəştə getməz və bu kimi DƏYƏRLƏR uğrunda savaşmağa müntəzir olmalıdır !