1 Saylı C.Ç.M-də cəza çəkən bir qrup məhkum fundamental konstitusion hüquqlarının tanınması naminə aclıq aksiyasına start verib.
Aclıq edənlər arasında Sərvan Şamaxılı,Etibar Sumqayıtlı və digər şəxslər vardır.
Məhkumların tələbi paradoksaldır:
1.Təxribatlara son verilsin..
2.Narkotik vasitələrin satışı dayandırılsın...
3.4/3 vaxtı çatmış məhkumlardan yığılan xəracın məbləği azaldılsın.
4.Tibbi Sanitar Hissədə (TSH) aylıq icarə haqqı adambaşı 300 manatdan,100 manata endirilsin.
5.Şəkər,Spid,Hepatit xəstələrinə dərman və peraparatları pulsuz verilsin.
6.Bizə mənşəyi məlum olmayan çirkli su deyil,qida verilsin...!
Məhkumların doğmalarının İDEAL MEDİAYA etdikləri müraciətdə oda bildirilir ki,1 saylı C.Ç.M-nin rəisi Həsənov Emin Ədalət oğlu karsda aclıq edən məhkumlara baş çəkərkən bildirib ki:"Aclıq yox e,nə istəyirsiz edin,mənim qarnım toxdur..."
P.S.Başı mədələşən adamlar,mədəsinə qul olmayanları heç vaxt sevə və başa düşə bilməz!