ÇƏTİNDİR,ÇOX ÇƏTİNDİR,BOŞ KİSƏNİ DİK QOYMAQ!

27-07-2020, 21:40

İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:  

Sinoplu Diogendən soruşurlar:"ən təhlükəli heyvan hansıdır?"
-"Vəhşi heyvanlardan-böhtançılar,ev heyvanlarından isə yaltaqlar."
Son günlər ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələr,o cümlədən Azərbaycan-ermənizm arasında alovlanan müharibə,ŞƏHİDLƏRİMİZLƏ bağlı yaşanan nəfəskəsici anlar,sərhəddən kənar universal ssenari üzrə həyata keçirilən mənasız-məntiqsiz Azərbaycan-ermənizm qarşıdurması istəmədən belə təsirsiz ötüşmür və Vətəninə bağlı bütün Ləyaqətli İnsanlara təsir edir!
Dövlətini-Vətənini sevən hər kəsin ən böyük və əsas hədəfi və problemi QARABAĞIN işğaldan azad olmasıdır !
Patriotlarında bu yolda attdığı addımlar aşkardır.
Bir günün içərisində hərbi komissarlıqda möhtəşəm bum yarandı.
Bu gözəl tendensiyadır və alqışa layiqdir.
Lakin,Məni düşündürən və qayğılandıran məqam budur ki,bu dövlətdə,bu vətəndə nə izi,nə üzü olan,üzlü abırsız hərşeyşünas vətənşivənlər mövsümü və ənənəvi olaraq,istismardadırlar.
Guya ki,bunların da dərdi varmış.
Onun adı yarınmaq,yaltaqlanmaq,riyakarlıq və araqarışdırmaq,yəni katalizatorluqdur.
Özüdə məhz dövlətə,Xalqa qarşı...
Hesab edirəm ki,Sosial mediada məşğul olanların yarıdan çoxu ciddi adamlardır və analitik qabliyyətləri vardır.
O zaman sual edirəm,mobil telefonu qarşısında sinxrom-unison sifət göstərən,mövcud siyasi durumdan guya ki,narahat olan fərarilər,"ictimai-siyasi" QıF-lar nədən Qarabağ müharibəsi dönəmində könüllü Vətənin müdafiəsinə qalxmırdı?
Geniş hakimiyyət resurslu çinovnikin zombiliyindən istifadə edib,hələdə ictimaiyyətə seksopil mesajlar ismaricləyən şərin o biri cinsinin nəslində-kökündə və yaxudda  "ailə düzən"ində başı papaqlı bir kişi yox idimiki fürsətdən fövtə edib ad qazansın?
Bəlkəm? illərdir ki,bu Xalqın adından danışa-danışa,dilənçilikdən var-dövlət sahibinə çönmüş peşəkar "şansanetkalar" dünyaya "Xalqın vəkili" olaraq planlaşdırılıb,çölə səpələyiblər !
Bir şeyi heç kəs unutmamalıdır!
Mənəvi baxımdan heç kəsin ruhu və səlahiyyəti yoxdur ki,Xalqın adından danışsın!
Hüquqi baxımdan da bu məchuldur?!
Dövlət var,Prezident var,Söz deməyə haqqı olanlar azda olsa var!
Amma,ancaq,lakin həmin İnsanlar arasında məhz bu hərşeyşünasların izi-tozu yoxdur.
Yəni bu onurğasız subyektlərə lakonik ictimai məzmun belədir:
-Özlərini bir yandan Xalqa,o biri yandan lakeylik etdiyi zombiyə YAXAN-mənəviyyatca satqın,əxlaqca pozğun,ideyaca düşgün tanınmışlar!


İstifadəçi paneli