MEDALSEVƏRLƏRİN İTİRDİYİ AD....
İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:
"Siyasi mərsiyə meydanında" hər kəs fərarisi-əqidəsizi,bir sözlə ölkənin əksər QıF-rı,özlərini dissident kimi aparır,vətənşivənliyi sosial mediada yaylım atəşi açır.
Paralel olaraq,medal paylanan günlərdə də həmin ədədlər "müzakirələr" açıb bu ödüllərdə kimin haqlı,kimin haqsız olduğunu eşələyirlər.
22 iyul milli məddah günündə bu kimi paranomik müzakirələr daha çox açığa vururdu.
Sözsüz ki,hökumətin medal paylama,ad vermə siyasətidə fiaskoya uğrayıb.
Əslində rejim bütün bayramlarında öz cəsuslarını de-şifre edib,stiqmalayır!
Və şüurlu həyat yaşayan hər kəs medalın və ya fəxri adın kimlərə paylanıldığını və hansı kriteriyalarla,düzənləndiyini anlayır.
Burada bir qayda olaraq Valideyinlərinin verdiyi adı batırmış və heç nəyə yaramayan, partiyasını,əqidəsini,namusunu satmışlar,ən çox mövcud hökumət başçılarını-ailə üzvülərini,aşırı söyüb,təhqir etmiş,ardınca alçaldılıb şenok damına salınmışlar, Xalqa,Dövlətə Xəyanət etmiş,geriyə heç bir cığır buraxmayan, itirməyə heç nəyi qalmayan sındırılmış onurğasız subyektlər yer almaqdadırlar.
Özünə hörməti olan İnsan!-bu cür satınalmalarda iştirak etməz!
Elə bir dövrdə yaşayırıq ki, medal almaq,şöhrətin ən pik nöqtəsinə (apofeoz)
qalxmağın əsl məqamıdır.
Bu medallar isə İnsana yaltaq-yalaqlığına,üzəduranlığına,dezertirliyinə görə deyil,igidliyinə,passioner patriot-əsl qəhrəman olduğuna, ŞƏHİDLİK zirvəsinə ucalarkən, paylanılmır, QAZANILIR !
Medalsevərlərə-yaraşan,haqq etdiyi,halalı ola biləcək, ödülün adı: "məğlub ölkənin qürursuz vətəndaşı".