NAZİM İDEAL: QUBADLI-DÜNYAYA GÖZ AÇDIĞIM ÇİYƏLƏKLİ KƏNDİ CƏNNƏT EVİMDİR !

29-07-2020, 20:20


NAZİM  İDEAL: HÖKUMƏTİN  QƏLƏBƏ  BAYRAĞI  HƏBSXANA  DİVARLARINDA  YELLƏNİR !
ASMEDİA.AZ
Ona çatana qədər,fikirlər,xəyyallar,məsulliyyət hissi şövq-təbii adamı sıxır,soruşmaq istədiyin cavabsız suallar özünü sorğu-sual atəşinə tutur.
Elə ki,görürsən,salamlaşırsan,ürəyin açılır,sevinirsən nə yaxşı ki, Azərbaycanda Nazim İdeal kimi cəsur-mərd-təvazükar Kişilər var.
Sanki biz həbsxanadan,o azadlıqdan görüşümüzə gəlibmiş atmosferini bir an içərisində formalaşdırır.
Xarizmatik,pozitiv,məntiqli arqumentləri,davranışları insanların dərdlərini unutdurur.
Onunla görüşdə olarkən,sanki görüşdə olanların hamısı onun görüşünə gəlmişdi.
Valideyinlər,məhkumlar kömək istəyirdilər.
Dövlətə-Vətənə-Xalqa olan sevgisi anba-an açığa vururdu.
Nazim İdeal-qədim peşə sahiblərinin hüquqi preambulası üzrə azadlıqdan girov götürülməsinin səbəblərindən biridə budur ki,O baş redaktoru olduğu İDEAL qəzetdə hər gün:-"Qubadlıya bu il necə dönəcəyik?"sorğulaması ilə bağlıdır.
Çünki O,peşəkar hərbiçi olaraqda yalanın arsenala çevrildiyi dələduzluqları görərəkdən susmayıb heç vaxt.
Ona görə də vətəni Qubadlı kimi özünündə İnsan və Vətəndaş hüquq və əsas azadlıqları işğal altındadır.
Girov saxlanıldığı penitensiar sistemdə aldığımız müsahibəni qısa ixtisarla diqqətinizə çatdırırıq:
-27 ildir ki,Qubadlısız Qubadlını necə xatırlayırsınız?
-Qubadlını xatırlamıram, yaşayıram !
Paytaxtın mərkəzində yaşayıb,işləsəmdə,dünyanı gəzib-dolansamda,son model avtomobillər idarə etsəmdə, 10-cu ildir ki,"mülahizə və ehtimallarla" girovluqda saxlanılsamda,bir dəfədə olsun ürəkdən sevinmədim !
Vətəndaş olaraq limb sistemimin neyronlarında feniletil amininin dolğunluğu tam baş vermədi !
Hər uğurumda Vətənimi düşünüb məyus oldum.
Hər uğursuzluğumda mövcud ideologiyanı xatırlayıb peşiman oldum ki,nədən Azərbaycan tarix boyu məğlubiyyətə,uğursuzluğa,aclığa,səfalətə qol-boyun olmalıdır???
Bu qədər tükənməz sərvəti,10 milyon övrəti olan Xalqı 3 milyon monoetnik ermənizm qarşısında aciz saxlayan nədir?,kimdir?,hansı "gücdür"?
Qubadlı-dünyaya göz açdığım Çiyələkli kəndi cənnət evimdir !
Mən orada uşaqlığımı,gəncliyimi,bütün xəyallarımı,arzularımı itirdim !
27 yıldır ki,gedə bilmədiyim evimiz,ziyarət edə bilmədiyim əzizlərimin məzarları qalıb.
-Hakimiyyətdə təmsil olunan Qubadlı əsilli məmurlar,Sizcə vətənə dönmək istəyirlər?
-Qubadlı işğal altında olmayanda belə vəzifədə olan Qubadlıların nə özü,nədə ki, ənkə babası kəndinə gələ bilmirdilər.
Gəldikləri,düşdükləri el-oba ermənilərə satılmış əzəli Azərbaycan toprakları olmuş çayzəmi-almalıq adlanan yerlər idi.
Hökumətdə Qubadlı adına layiq olanı çox azdır.
Birinin əri ermənidir.Birisi bacısının kölgəsində "icra ağacı" mahnısı oxuyur.Biri arvadının kölgəsində BAZtv-ni pritona çevirib.Biri....
Qubadlı varkən belə,nəzərdə tutduğum yalaqların böyüklərini doğulduğu kəndinə buraxmayıblar.
Camaat onları yumurta oğurlayan iti salbaladığı kimi qovublar.
Baxmayaraq ki,ermənikökənli-bərtgedən bacı-arvad kölgəliklərindən rejimin artıq sümüyünə sahib çıxdıqdan sonra,yaramaz və kitabsız zatlarına "ağsaqqal papağı" geydirib əsl sifətsizliklərini tez bir zamanda de-şifre etdilər.
Bildiyiniz kimi beş-altı ədəd alçalaraq "yüksələn" şəbgüllər istisna olmaqla,Qubadlı camaatı mərd-qeyrətli-vəfalı-sədaqətli-cəsurdurlar.
Qubadlı o rayondur ki,o toprakdan bir nəfər şortu-biznes tülləbi yoxdur.
Bu camaat Qaçaq Nəbi,Vəfalı Həcər nümunəsidir.
-Böyük zonada olduğu kimi,balaca zonada da məmurlarla mübarizə aparıb,qalib olduğunuz məlumdur.Hətta bizi içəri buraxan əməkdaşlar xahiş etdilər ki,onları Sizin yanınızda tərifləyək.Bizdən pul almadıqlarını Sizə deyək....
Bu mübarizələr sizə çətinlik törətmir ki?
-Mənim həyatımı kaloritli-mənalı edən məhz haqq uğrunda mübarizədir.
Mənim məkanımı qorxaq reketlər-quldurlar-kriminal korrupsioner dairələr dəyişə bilər,qollarıma qandal vura bilər.Çün ki,qanunlarda  namus alverçilərinin münbit xammalıdır !
Lakin əqidəm,ruhum,qələmim qarşısında cansız subyekt,müqəvvadan başqa heç nəyi ifadə etmirlər!
Girovluqda olduğum müddətdə  1 ədəd baş həkim,3 ədəd rəisin mahiyyətsiz mahiyyətlərini de-şifre edib,hüquqsuz Vətəndaşlarımızın əyilmiş qədlərini düzəltmişəm.
Bu ədədlərin primitiv iş prinsipləri belədir: Cəzaların icrası məcəlləsində dövlətin vətəndaşa verdiyi imtiyazları satmaq,cinayətkar adlandırılan ən səviyyəsiz ünsürün belə cibinə girmək,qul kimi istismar olunan "mujiklər"in,sanitarların-üzdəniraqların aldıqları 120 manat məvacibin yarıdan çoxuna sahiblənmək,haqqını tələb edən,lakin savadı və simsarı olmayan məhkumlara cismani və fiziki işgəncələr verib öldürmək,erməni barabaryana,baqdasariyana,sarkisyana kənizlik etmək,Mənim yazı və digər əşyalarımı tülkü kimi oğurlamaqdan.....,və.s,ibarətdir.
Başları mədələşmiş zombilər elə başa düşürlər ki,doğrunu demək və yazmaq müxalifətçilikdir.
Naxırdır,əhliləşdirmək çox vaxt və səbr tələb edir.
Mən nə etmişəmsə,nə edirəmsə dövlətimiz-xalqımız adına etmişəm və edəcəmdə!
Bilirəm ki,bu cür taxta başların başı Xalqımıza ancaq baş alçaqlığı gətirə bilər və gətirirdə.
Bu Dövlət hamımızındır,bu ad hər birimizindir,gərək onu ləkələyən ləkəlilərdən təmizləyək .
Təşəkkür edirik.Allah Millətimizin qapısını açsın!
Gedək  Qubadlıya,Çiyələkliyə,Zəngəzura,Qarabağa,Göyçəyə !
Dürüst istəkdir.
Məndə Sizə ədalətli-ləyaqətli quruluşda yaşamaq arzu edirəm!
Elə bir quruluşda ki, günahsız İnsanları qələminə,vicdanına,mənliyinə,fəaliyyətinə,azad-demokratik-hüquqi ölkədə yaşamaq istəyinə görə şərləmək,04 aydan sonra azadlıqda 09 aylıq hamilə qadının evində qalmış pencəyin cibinə narkotika,reket,xuliqan çamurları atmaq ləyaqətsizlik sayılır .
Söhbətləşdi: Selcan Yağmur və Sadiq Əfəndi.
12.03.2018


İstifadəçi paneli