İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:
Biz hər bir ümmətə qurban kəsməyi lazım bildik ki,ALLAHIN onlara ruzi verdiyi heyvanların üstündə (onları kəsdikləri zaman) ALLAHIN adını çəksinlər.
Sizin tanrınız bir olan ALLAHDIR.
Yalnız Ona təslim olub itaət edin.
(ALLAH) itaət edənlərə müjdə ver!"
(ƏL-HƏCC, 22/34)
Qur'anda Həzrət İbrahimlə Həzrət İsmaildən bəhs edilən ayələrdə də qurban hadisəsinə toxunulur.
Ayədəki ifadəyə görə,Həzrət İbrahimə yuxusunda oğlunu qurban kəsməsi əmr olunmuş, O,bu vəziyyəti açıqlayanda Həzrət İsmayıl böyük bir təslimiyyət içərisində ALLAHDAN gələn əmrə itaət edəcəyini bildirərək,atasına onu qurban kəsməsini söyləmişdir.
Həzrət İbrahim bu əmri yerinə yetirmək məqsədilə oğlunu tam üzüstə yerə qoyduğu vaxtda,ALLAH-TƏALA böyük bir qurbanlıq heyvan göndərərək,onu kəsməsini əmr etmiş və Həzrət İsmaili qurban kəsilməkdən xilas etmişdi.(Əs-Saffat,37/102-107).
Beləcə,Həzrət İbrahimlə oğlu İsmail İdeal bir itaət,təslimiyyət və fədakarlıq nümunəsi göstərmişlər.
Buna görə də qurban Həzrət İbrahimlə oğlu İsmailin ALLAHA olan böyük sədaqət və təslimiyyətin xatirəsini daşıyır və inananlar tərəfindən hər il qurban bayramı günlərində böyük coşqu ilə yerinə yetirilir.
Bütün ibadətlər bəndənin özünü kamilləşdirməsi,həyata məna verməsi və UCA Yaradanına yaxınlaşması kimi qayələrlə birlikdə uca məqsədlərlə edilməlidir!
İlahi buyruğa tabe olaraq kəsdiyimiz qurbanlar bir tərəfdən bizə Həzrət İbrahim və oğlu İsmailin təslimiyyətlərini və hər ikisinin də ALLAHA itaət mövzusunda keçdikləri çətin imtahanı necə keçdiklərini xatırlamaq imkanı verdiyi halda,digər tərəfdən də yoxsullara kömək etmə zövqünü daddırar.
ALLAH bütün əqidəli,sözü və əməli düz olan,Vətənini sevən, namuslu İnsanların ibadətlərini,qurbanlarını qəbul etsin!!!