VƏTƏNPƏRVƏRLİK ƏCLAFIN SON SIĞINACAĞIDIR!

3-08-2020, 17:07


Burası bütün vektorlar üzrə sözün bitdiyi yerdir!
Sanki İnsanlığa nifrət aşılanması naminə bu ədədlər himayə edilməlidir!
Realda heç kimlər,virtualda "şpakat" açır!
Yaşı-başı imkan verirdi ki,Qarabağ savaşında iştirak etsin.Lakin,yaramaz statusunda gizlənib,bu gün Turançılıqdan-Türkçülükdən,Vətənpərvərlikdən çənəsi durmur!
Ölkəni özəl boz qanunları ilə qara günə salan erməniyanlı,rusbaşlı deqerenatlarla təkbaşına döyüşərkən və bu döyüşdə bütün cəbhə boyu qalib gələrkən,bozşakalın,namusu əldən getmiş qapançıya yarınmaqdan ötrü,sekstet fonaqramma çalıb-oxuyanlar,indi başqa rakursdan eynək taxıb boks oynamaqdadırlar!
İstənilən super demokratik dövlətlərdə dövlətin bazisinin möhkəmlənməsində başlıca rolu,əsas məsuliyyəti ölkənin birinci şəxsinin ətrafında olan köməkçiləri həll edir,yaxşını-pisdən,satqını-dürüstdən dürüst ayırd edir!
Paradoksaldır,bizdə 30 yıldır ki,eyni simasızlar,eyni dezertirlər,vətənindən və ərindən başqa hər kəsə unison xidmətçilik etmiş QıF-lar gündəlik təlabat malları rolunda qıcqırmış xidmətlərini "raskrutka" etməkdədirlər!? 
İstismar müddətləri keçmiş,lakin hələdə "defiçit" mal kimi geyilənlər,Mənim sifarişli həbsimdə "zərərçəkmiş"kolleksiyasının üzvü olaraq,boz şakalın zövqünə uyğun istintaq materiallarında bütün performanslar göstərmişlər:"soyundurdu,qara gilədən tutub yol boyu sürüdü,erotik görüntülərimi yayacağı ilə hədələdi...." və.s,abırsızlıqlar ! (Cinayət işi"-99432).
Məhz həmin zümrənin üzvüləridir,yenədə zibilxanada eşələnənlər.
30 yıldır ki, eyni sifətlərdir, "Millət vəkili" statusunda deputatxananı "zanit" edib, şil rolunda Milləti ümidsizliyə,aclığa,səfalətə sürükləyənlər....
Son illərdir ki,Xalq aforizmlər,lətifələr sarıdan korluq çəkmir.Savadsız adam belə deputatxanadan səslənən baməza fikirləri nəql etməklə qırışmış könlünü aça bilir.
Hakimiyyətin bütün vacib postlarında nepotizm fəlsəfəsi  "dövlət mənəm" deyir.
Hər yıl yüzlərlə savadlı,intellektual gəncliyimiz məzun olsada iş tapa bilmir.
Tapdığı işlə təmin olunması üçün tələb edilən rüşvət arzularının üzərindən çarpaz xətt çəkir.
Kimə?,hara?,müraciət etməyin faydasızlığını,mənasızlığını dərk edir və ümidsizliyə qapanır!!!
"Qanunauyğunluğa" çevrilib: Şəhidlik, intellektuallıq, işsizlik,ümidsizlik,şərlənərək həbsxanada ömrünü-günlərini çürütmək  sadə,mərd,qeyrətli,kasıb ailələrinin boyun borcu olduğu kimi ;
Dezertirlik,vəzifə,rüşvət,debillik,harınlıq,namərdlik, üzəduranlıq,şərləmələr, və.s-də məhz kriminal-korrupsioner dairələrin və onların arsenalında olan şərin dişilərinin və vələdzinalarının peysər borcu olaraq görünməkdə və tanınmaqdadır!
Vətənə,dövlətə sevgi,sədaqət faktorinqlərində bu kimi münasibətlər,böyük pay sahibidir!
Vətənin böyüklüyü,onun sıravi vətəndaşlarının böyüklüyü ilə ölçülür və bilavasitə bağlıdır!
Doğrudanda bir faydası olsaydı...
Bu məqamda yadıma mülazimlə uşağın dialoqu düşdü...
-Bu quzular kimindir?
-Qoyunların.
-Kəndinizin böyükləri kimlərdir?
-Öküzlər hamıdan böyükdür.
-Onu demirəm.Kəndə gələni kim qarşılayır?
-Köpəklər.
-Ay nə çapardım Səni!
-Atını çap ki, yoldaşların getdi...
Eynən bizdə ki,kimi....
Son 20-30 yılda bir nəfər vəzifəli şəxsə rast gəldinizmi,vəzifəsindən çıxdaş edildikdən sonra Xalq təəssüf hissi keçirsin,məyus olsun....
Əsla....
Əksinə,Sosial mediada,canı boğazına yığılmış vətəndaşlar,kaşki düz olaydı düşüncəsilə yatağındakı fikirlərini real həyata daşıyır...
Filan məmur öldü!?,COVİD-19-a yoluxdu,həbs edildi və.s...
Xoşagələn hal deyil,lakin özləri qazanıb....
Elə adamları uyğunluğu olmayan sahələrə soxuşdururlar ki,həmin sahəyə vurulan travma yüz yıl sağalmasın.
Şəxsiyyəti,mənliyi,qüruru,ləyaqəti olmayan şəngülümü zorən gətirib bağlayırlar hansısada bir şuranın quyruğuna ki,bundan sonra da biz istədiyimiz kimi lakeyimiz olassan....nə desək etməlisən...
Dil bilməzi qoyurlar xarici siyasət idarəsinin başına ki,danışığını heç kəs anlamasın....
Əyyaşlığına görə sistemdən silinmişə piyan-piyan insan taleyinin asılı olduğu orqanı həvalə edirlər ki,milləti öz gününə sal!
Kimin ki,içində vətən sevgisi,ləyaqəti,dürüstlüyü var,haqqdan-ədalətdən danışır, şərləyib göndərir gedər-gəlməzə,zindanlara....!?
nəticəsi barədə heç bir anti-tezis hazırlamadan şərhini Sizin idrakınıza buraxıram...
Bu məkirli görməmişlərdə dəvəquşu kimi başlarını soxurlar quma ağızlarına keçəni həzm-rentabedən keçirirlər,o vaxta kimi ki,ölkəmizin siması barədə beynəlxalq təşkilatlar hesabat yayır....
Ölkənin 80 faizi bu görməmişlərin avtokratiyasının real zərərçəkmişləridir!
Yüzlərlə günahsız insan,bu kimi anti-insan,anti-dövlət debillərin kor ülgücünün qurbanına çevrilirlər...
Baş verənlərdən məntiqi nəticə çıxara bilməyənlər,özünü qınamağa,hökuməti söyməkdən başqa çarəsi qalmır...
Axı hər kəs insandır...
ALLAHIN verdiyi qəzavi-qədərində böyük bir hissəsini,işini bacarmayan,problemlərin səbəbkarı onları tənqid edənləri hesab etdiklərindən,çıxış yolunu təqiblərdə,təzyiqlərdə,həbslərdə görürlər ki,son nəticədə bütün dəyərlər aradan qalxır və əlləri hər yandan üzülmüş Vətəndaş yerli-yersiz söyüşlərə sığınır!?
Olmazmı ki,vəzifə kuliarlarına təhsilli,əxlaqlı,iradəli,vətənpərvər İnsanlar əvvəlcədən cəlb edilsin!
Olmazmı ki,mavi ekranlarda mavilərin və çəhrayıların aparıcılıq etdiyi məntiqsiz-mənasız geri-lişlərdə,dövlət-vətən-millət adına hər danışığında həqarət saçan QıF-rın sər-həddi müəyyənləşsin !
Şəxsi dövlətində hər şeyini itirmişlər,real dövlətə nə qazandıra bilər ki?
Əgər bir əlinlə canini edam edib,o biri əlinlə başqa bir canini gizlədirsənsə,yenə iki cani qalır: Sən və gizlətdiyin.


İstifadəçi paneli