CƏZA!? YOXSA-VİCDAN ƏZABI...
İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:
Girovluqda olduğum 11 yıl ərzində bir çox dövlət məmurları,Qanuni Oğrular, cib müxalifətin "qəhrəmanlaşdırdıqları", barələrində meyxanalar qoşulmuş "əziyyət çəkən" işverən avtoportiretlərlə istəməsəmdə belə fors-major eyni konslagerdə,eyni kamerada,eyni vaxtda "MM"-də vicdan əzabı çəkməyə məhkum olmuşam!
Yaddaş kitabımda nişana gələn ilk hədəf-vaxtilə qanqster Hacı Məmmədovun rəisi vəzifəsində cinayətlər törətmiş polis-polkovniki Kamil Sədrəddinovdan bəhs etmək istəyirəm.
Mülkiyyətimlə bağlı vandallarla mübarizə apardığıma görə,Penitensiar Xidmətin 11 saylı,İmişli Vəli Şirinovun bazarkom olduğu müəssisədən ("c.ç.m"), Cəbrayıldan olan baron Tahir Yusifovun 15 saylı talkuçkasında erməni diversant Arsen Baqdasariyanın xətrinə dəydiyimə görə? təqdimatı,metropolitein Tağı Əhmədovun oğlu Rauf Əhmədovun absurd qərarı üzrə Ədalətin bərqərar olunacağı-haykimi rəşad abdulovun xəyanət yuvasına çevirdiyi Bakı Apellyasiya Məhkəməsinə vaxt keçirmək üçün getmişdim.
Ona görə belə yazıram ki,heç bir Məhkəmə İnstansiyasında,heç bir günahsız Vətəndaş rüşvət ödəmədən,direktivsiz hüquqlarını bərqərar edə bilməz!
Araçı-dələduz "vəkillərin" bleflərindən asılı olmayaraq !?
CPM-də kitabları bəzəmək üçün yazılmış mənasız,hörmətsiz,nüfuzsuz,alqı-satqı predmetindən başqa heç nəyi ifadə etməyən maddələrə müvafiq, konseptual-sistematik "Vəsatət"lərimi dinləmədən,mantiyasını deyil,tumanını isterik yığıb qaçan rəşad tragikomediyası bitdi və yenidən "Osobı"ya qayıtdım.
Tez qayıtmağımı gözləməyən rəis,korpusun maygülü "starşinası"nın təqdimatı ilə Ömürlük cəzadan ƏFV edilmiş 3 nəfərdən birini Hacı Məmmədovun rəisi,Polis-Polkovniki Kamil Sədrəddinovu Mənim saxlanıldığım 2-ci korpusun,4-cü kamerasına keçirdiyini və 5-10 dəqiqəyə çıxaracaqlarını bildirdilər...
Doğrusu əvvəlcə çıxmasını istəsəmdə,maraqlarım əleyhimə işlədi və onun kameradan çıxmamasını,birlikdə qalacağımı inad etdim.
Gəldim kameraya və əşyalarını toplayıb getməyə hazır olduğunu gördüm.
Dedim ki,getməyin qalın.Oda sevincək olub qaldı.
23.03.2019-04.04.2019-cu il tarixlərdə 6 kvadratmetrlik otaqda cəza deyi,Vicdan əzabı çəkməli oldum.
Əvvəlcədən barəsində yalnız müsbət auraya yüklənsəmdə,sonradan istəmədən belə bütün hərəkət və hərəkətsizlikləri diqqətdə saxlamağa başladım.
Ömür boyu müftə yeyib-içmiş polkovnik yaşına-başına yaraşmayan xoşagəlməz işlər iradəsindən asılı olmadan ənənəvi xarakter alsada,öskürəyilə-asqırağının fərqini bilməsədə yaşına hörmət edirdim...
Lakin,amma,ancaq...
03.04.2019-cu il.Polkovnikin ayağından gələn qoxu amonyak qazını geridə qoyurdu.
Hörmət əlaməti olaraq bildirdim ki, "deyəsən ayaqqabınız ayağınızı iyləndirir".
Polkovnik "hə"deyib ayağa qalxdı və corablarını ayağından çıxarıb nəfəs aldığımız balaca "reşkadan" asdı.
Bu dəfə pis qoxu ikitərəfli işləməyə başladı:həm ayağından,həmdə "reşkadan"...
Ətir qabını yanıma qoyub yuxuya gedənə kimi istifadə etdim.
Ancaq bütün səslər,üstəgəl xorultu seksteti qanımı pis qaraldırdı.
Ayağa qalxıb "reşka"ya yaxınlaşmaq istərkən gördüyüm mənzə şok-terapiya yaşatdı.
Bir neçə rayonun rəisi,DİN-də rəis,medallı-ordenli Polkovnik çörək yediyimiz stolun üstünə corablarını qoymuşdu...!?
Sözsüz ki,Polkovnikə hər şeyi anlatdım səhərə kimi və səhər saat 8:00-da layiq olduğu adamların yanına atdılar!
Anlatdım ki,-"Polkovnikdə,generalda...,olmaq olar.Lakin İnsan olmaq lazımdır və hər adam bunu bacarmır.
Dünyanın hər yanında dəvədən yüksəkdə filin olduğu bildirilsədə,ataloqsuz ölkəmizdə alçalaraq "yüksələn",İnsandan-İnsanlıqdan yüksəkdə oğrular,zombilər,debillər,başları mədələşmiş quldurlar,öskürəyilə-asqırağının fərqini bilməyənlər vəzifəyə-başa-bəlaya keçirilirlər!
Çox yaxşı olardı ki,dəyərli Müəllimlərimiz məktəbdə əlifbadan da əvvəl elementarnı mədəniyyət etiketlərini öyrədərdilər!!!
Əsnəyəndə əl ağıza,çay içəndə qurtuldatmamaq,yemək yeyəndə marçıldatmamaq...,və.s,kimi mədəniyyət və gödəniyyət dərslərini !
Bunu yazmaya bilməzdim...
Həmdə istər postsovet,istərsədə indiki zamanda nədən bina tikənlər ən axırda,bütün mənzillər zibilləndikdən sonra,ayaqyolu tikmək yadına düşür?
Niyə?