ERMƏNİYANLI-RUSBAŞLI RÜŞVƏTXORLAR...
İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:
Hörmətli cənab Prezident !
Ölkəmizdə-İnsan və Vətəndaş hüquq və əsas azadlıqlarının təməl prinsiplərini rüşvət-korrupsiya-nepotizm-məmur heyvərəliyi,anarxiya cəngəlliyi basdığından,hər bir problemin həlli üçün təkrarən Sizə müraciət edirəm ki, milli-mənəvi dəyərlərimiz,dövlətçilik İdealları,qanunçuluq qisməndə olsa tanınsın !
Bilinsin ki,hökumət adından Mənə qarşı həyata keçirilmiş sərhədsiz repressiyalardan həvəslənən reneqat-deqeneratlar Hacı Məmmədov brendli kriminal-korrupsioner "hüquq-mühafizə orqanlarının" arxalığı sayəsində İnsan və Vətəndaş hüquq və əsas azadlıqlarının bazisini ermənilər Topraklarımızı işğal etdikləri kimi işğal etmişlər k,bütün bunlarla bağlı illərdir ki,apardığım mübarizə Rüşvət-Direktivlər səbəbindən bumeranq yaşatmaqdadır!
Repressiya silsiləsinə daxil olan,Milli Təhlükə Nazirliyinin (MTN) uzantılarından-Binə Ticarət mərkəzinin rəhbərlərindən biri təkzibolunmaz cinayətlərə bilavasitə rəhbərlik etmişdir.
Geniş hakimiyyət resurslu vampirlərin İnsanlığa qarşı həyata keçirdikləri və bu günədək araşdırmaya məsul orqanların qida rasionuna çevrilmiş cinayətlərin annotasiyasını təkrarən diqqətinizə çatdırıram:
1.Bakı şəhəri,32 saylı Dövlət Notariat Kontorunda (DNK) xəbərim və razılığım olmadan adımdan AR-077840 saylı SAXTA "etibarnamə" düzəltdirib mülkiyyətimi MTN reketi Eldar Mahmudovun inhisarındakı "Azəriqazbank" ASC-yə ipotekaya qoyub 300.000 (üç yüz min) ABŞ dolları götürüb arxasına arxa olduğu vampirlərlə bölüşmüşdür !
2.Yaşadığım ünvana gələrək,adımdan yalan sataraq, "Binə" ticarət mərkəzində 140.000 (yüz qırx min) manata aldığım 3 (üç) ədəd,(50+50+40=140) kvadrat metrlik ümumi sahəsi olan dükanların sənədlərini alıb,araşdırıb müəyyən etdiyim sabiq və hazırki həbsxana rəisləri,ata-oğul Əliyev Misir Cəlil oğlu və Əliyev Cəlil Misir oğullarına satıb,pullarını mənimsəmişdir !
3. MTN-in silahlı-maskalı quldur bandası,qardaşım Bəhruz Quliyevi yoldan maşın qarışıq oğurlayıb Binəqədi rayon prokurorluğuna daşıyıb,barenossanın yaxın rəfiqəsi,Bəsti Emçiyevanın əsas moderatorluğu ilə qardaşımı şantaj edərək,ona fiziki-cismani-mənəvi-psixoloji işgəncələr tətbiq etməklə Ailə üzvlərimin adına olan mənzilləri cinayətkar birliyin üzvülərindən-bibisi qızı nın "ZAMİNLİKLƏRİ" üzrə yenidən MTN reketi Eldar Mahmudova məxsus "Azəriqazbank"ASC-yə ipotekaya qoydurub,ardınca cinayətkar birliyin digər üzvünun adına qanunsuz,mənəvi terrorla "sənədləşdirmişlər".
Hörmətli cənab prezident!
Yuxarıda qeyd etdiyim faktları təsdiq edəcək sübut-dəlillər, istər hüquqi baxımdan-Ədliyyə nazirliyi Mərkəzi Ekspert Komissiyası,istərsədə təqsirləndirilən Şəxs və Şəxslər tərəfindən açıq şəkildə linqvistik, Xətşünaslıq ekspertizanın RƏY-i əsnasında sübut və təsdiq edilsədə, qanunun və hüququn qanını içən Vampirlər rüşvət çəlləyindən udduqlarının hesabına nə Dövlət,nə Vətəndaş,nə Qanun tanımırlar və yaxud da tanımaq istəmirlər !
Müraciətimi şəxsi nəzarətinizdə saxlamaq vacib amillərdəndir!
Bu ölkədə Sizin və yaxudda Birinci vitse-prezidentin Şəxsi nəzarəti və yaxudda müdaxiləsi olmadan,al-ver predmetinə çevrilmiş fundamental Konstitusiya hüquqlarının külünü belə qazanmaq olmaz!
Bunu Şəxsimdə,mübaliğəsiz,heç bir anti-tezis hazırlamadan yazıram!
Ölkəmizdə bu kimi despotizm-anarxizm-amoralizm fəlsəfəsinin müəllifləri heç ermənilərdə deyil !
Bunu törədənlər məhz rüşvət çəlləyində qıcqırmış, erməniyanlı,rusbaşlı hibridlərdir!
Konstitusiyanın 7-8-12-ci maddələrini rəhbər tutaraq,zəruri tədbirlər görməyi Sizdən bir daha xahiş edirəm!
Mən imtiyaz deyil,Ədalət istəyirəm!!!