REPRESSİYAYA MƏRUZ QALMIŞ ŞƏHİD AİLƏSİ...

6-08-2020, 23:33


R Ü S V A Y Ç I L I Q
ASMEDİA.AZ
Günahsız həbs edilmiş,ŞƏHİD Fizuli Orucovun övladı Elvin Orucluya qarşı törədilmiş Penitensiar repressiyalar barədə məlumat vermişdik və ümid edilirdi ki,dərəbəylər cəzalandırılacaq!?
Lakin,İnsanlığa qarşı törədilən barbarizm həmişəki kimi şah,qanunların isə harın məmurların qulu və ya alqı-satqı predmeti olduğu bir daha ratifikasiya edildi !
ŞƏHİD Fizuli Orucovun həyat yoldaşı Prezident İlham Əliyevə təkrar müraciət edib.
Müraciəti ixtisarla diqqətinizə çatdırırıq:
Hörmətli cənab Prezident!
"... ŞƏHİDLƏRİMİZİN  QANLARINI  28 ildir ki,ala bilməyən mövcud iqtidar hansı haqla?,Şəhidin Övladını şərləyib zindana salır,zindanda da qollarını arxadan çarpaz qoşa qandalla qandallayıb,müvazinətini itirdikdən sonra karsa atması hansı ideologiyanın sifətidir?
ŞƏHİDİN qisasını Övladına zülm etməklə alınır?
Sizin rəsmi ritorik çıxışlarınızın əlvanlığından asılı olmayaraq,Prezident Administrasiyası postramiz,postəli "fəlsəfəsi" üzrə Xalqın ziyanına analoqsuz inkişaf etməkdədir...
Sizə etdiyim yüzlərlə "ŞİKAYƏT" haqqında şikayət etdiyim "bespredel"lərə göndərilir ki,araşdırılsın???
Rüsvayçılıqdır?! 
Ombudsman adlı təsisat nəyə?,kimə?,xidmət etməsi isə tragikomikdir!?
Yazılı və Şifahi etdiyimiz şikayətlər üzrə BİR DƏFƏDƏ olsun Elvin Orucluya baş çəkməyib?
Axı bildiyimiz qədər Ombudsman təsisatı İnsan və Vətəndaş hüquq və əsas azadlıqlarının müdafiəsi ilə bilavasitə məşğul olmalıdır!?
Ombudsman cəza aparatının ruporu olmamalıdır!?
ŞƏHİD Ailəsi olaraq güvənərəkdən,inanaraqdan Sizə etdiyim Şikayətdən İMTİNA edim deyə
Penitensiar Xidmətin daxili təhqiqat idarəsinin baş inspektoru Nizami Orucov, kirayədə qaldığım mənzilə gəlmiş və buna çalışmışdır!?
Mənim İnsanlığa qarşı törədilmiş cinayətdən imtina etməməyimə baxmayaraq,Penitensiarçılar diskresion qərar çıxarıb,ünvanıma göndərmişlər!???
Bu cür zülm-zillət Biz ŞƏHİD
Ailələrinə qarşı törədilərkən heç bir məsuliyyət hiss etməyən Penitensiarçılar görəsən,statusu olmayan sadə və kasıb Ailələrə hansı gestopizm yaşadırlar???
Hörmətli cənab Prezident!
Ölkəmiz adına tarixi utanc yaşadan Penitensiarçıların bir "uğur" göstəricisini diqqətinizə çatdırmağı zəruri hesab edirəm:
Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirli bilinən Quliyeva Lamiyə Sahib qızı ona qarşı həbsxanada törədilmiş təcavüz cinayəti faktı üzrə bütün dünyada məlumat yayılarkən,nüfuzlu beynəlxalq təşkilatlar öz hesabatlarında bu rəzilliyi gündəmdə saxlayarkən belə,Penitensiar xidməti faktı inkar etmişdir.
Həbsxanada işgəncələrə son verilməsi ümidilə,dünyaya Uğur adlı "uğursuz uşaq"gətirmiş Azərbaycanlı qadınına qarşı törədilmiş cinayəti inkar edən bir sistem görəsən son 20-30 ildə Vətəndaşın hüququnu tanıyıb,onun xeyrinə bir dənə də olsun ədalətli qərar çıxarıbmı???
ŞƏHİD Ailəsi olaraq Sizdən bir daha istəyimiz budur ki,Övladım Elvin Orucluya qarşı törədilmiş cinayət hadisəsinin obyektiv-ədalətli araşdırılmasını təmin etməklə,hüquqi dövlətin məfkurəsinə uyğun zəruri tədbirlər görəsiniz!!! "


İstifadəçi paneli