FORD QƏDİRİN AİLƏSİNƏ QARŞI SOYQIRIM..
MƏHKUM ƏDALƏT AXTARIŞINDA
ASMEDİA.AZ
Hazırda məhkumluq həyatı yaşayan, Cəbrayıl rayonundan olan məcburi köçkün Eyvazov Nahid Qədir oğlu Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlara, səfirliklərə,müstəqil Media quruluşlarına müraciət edərək,ədalətli mövqe sərgiləmələrini xahiş etmişdir.
Yazıda qeyd edilənləri analiz etdikdə adam sadəcə dəhşətə gəlir və düşünürsən ki, doğrudanmı yaşadığımız XXI əsrdə hacı məmmədov tipli qanqsterlərin sələfləri hələ də at oynadır.
Odur ki, N.Eyvazovun 6 səhifədn ibarət olan müraiciətinin qısa detallarını oxucuların diqqətinə çatdırırıq:
Minlərlə- dövlətsiz, hüquqsuz azərbaycanlılardan biri kimi 2002-ci ildən üzübəri Allahın verdiyi ləyaqətli Qəzavü-Qədəri deyil, hakimiyyət resurslu cinayətkar birliklərin düzənlədiyi repressiya-inkivizisiyanı bazar divarları arasında ömrümün gənclik illərini çürütməkdəyəm.
20 may 2002-ci ildə Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi, Rasim Musayev və dəstəsi mülkiyyətimizə və əmlaklarımıza sahib olmaq məqsədilə aralarında miras payını bölə bilməyən və bu səbəbdən miras sahibinin həyat yoldaşını və qızını amansızcasına qətlə yetirmiş Bağırov qəbiləsilə cinayət əlaqəsinə girərək, 15 may 2002-ci il tarixdə baş vermiş qanlı olayı üzərimə çamurlamaqdan ötrü , ağbirçək anamı, 14 yaşlı qardaşımı, 4 aylıq hamilə həyat yoldaşıma zor tətbiq etməklə 5-ci Polis Bölməsinə gətirilmiş və gözlərimiz qarşısında hər birimizə qarşı qeyri-insani, ləyaqəti alçaldan davranış sərgiləyəmiş, nəticədə həyat yoldaşım körpəsini tələf etmiş, qardaşım və anam işgəncələrə tab gətirməyərək kliniki ölüm keçirmişlər.
Polis dəstəsi hamımızı öldürəcəklərini söyüşlə ifadə edərək qarşımıza şərt qoymuşlar:
Etibar etdiyimiz birinə satmaq üçün verdiyimiz , dəyəri 10 milyon ABŞ dolları olan “Almaz”dan imtina edib, sertifikatı ilə onlara pay etmək.
Bağırovların tamah məqsədilə qətlə yetirdiyi simsarları Sevinc Bağırovanın qətlini üzərimə götürmək.
Mən etmədiyim, törətmədiyim cinayəti üzərimə götürə bilməyəcəyimi və həmin günlərdə qaynatamın bağında həyat yoldşımla ziyafətdə olduğumuzu onlara şahid ifadəsi, video görüntü vasitəsilə sübut edəb biləcəyimi və eyni zamanda “Almaz”-ın atamın mirası olduğunu izah edərkən , sonrakı situasiyadan xəbərim olmadı.
Çünki bir neçə saatdan sonra paltarsız şəkildə qarşımda ağlayan həyat yoldaşım Tarverdiyeva Xəyalə Ağamusa qızını gördüm.
O başından, kürəyindən aldığı təpik zərbəsindən təkcə 4 aylıq körpəsini deyil, eyni zamanda idrakını da itirmişdir. Və bu səbəblərdən polis formasında olan quldurların məkrli niyyətini – şərtlərini imzalamağa məcbur və məhkum idim !?
Bu cür qəddar, qeyri-insani və insan ləyaqətini alçaldan vəhşiliklər analoji olaraq Xocalıda törədilmişdir. ..
Düşünürəm ki, hacı məmmədov simvollu polis-hüquq mühafizə orqanlarında uzun müddətli kök salmış vampirlər Bizdən kimin qisasını alırlar?
Üzərimə çamurlamaq istədikləri Sevinc Bağırova qətlini zərəçəkmiş tərəfindən rədd edilib, caninin kimliyi istinad edilsə də cəza orqanlarının absurd bleflərini özünə hüquqi presedent hesab edənlər heç bir kompleks yaşamadı.
Xüsusi qeyd: özünün də qeyd etdiyi kimi Nahid Eyvazov S.Bağırovanın qətlini ailəsinə qarşı törədilən zorakılıqların dayandırılması üçün qarşısına qoyulmuş 2 şərti imzlamağa məcbur edilmişdir. Nəticədə 14 il müddətinə həbs cəzasına məhkum edilmişdir. Atasından və babasından qalmış miras sertifikatlı almazı da tanımadığı adama “bağışlamağa” məcbur edilmişdir.
14 illik həbs cəzasını bitir azadlığa çıxıdıqdan sonra mənə qarşı ruhuna, vicuduna sahib ola bilməyən transvist-hemoseksualist Hümbətzadə Elmir Rasim oğlunu üzümə durquzdular.
Və nəticədə yenidən şər-böhtanla 11il 6 ay həbs cəzası verildi. Lakin E.R.Hümbətzadə sonradan
Hüquq-mühafizə orqanlarına Reyestrdə 7 e – 23089 N-ilə 09 saylı Dövlət Notariat Kontorunda təsdiq etdirdiyi ərizəsində bildirir:
“ Polis-prokurorluq orqnları təkcə Eyvazov Nahid Qədir oğluna qarşı deyil, istədikləri günahsız şəxsə qarşı məndən və bizlərdən istifadə edirlər. Reallıqda belə bir hadisə baş verməmişdir. Eyvazov Nahidi tanımıram.”
Lakin buna baxmayaraq mənə sifarişlə 11 il 6 ay müddətində azadlıqadan məhrumetmə cəzasını verdirməyə müvəffəq oldular.
Odur ki, hökumət adından mənə və ailə üzvlərimə qarşı törədilmiş quldurluq cinayətinə, heç bir hüquqi əsas olmadan mülkiyyətimizi qəsb etmək, ələ keçirmək məqsədilə saxta ittihamlar təşkil etmiş və bu yolla ələ keçirilmiş dəyəri 10 milyon ABŞ doları olan miras payımız olan “Almaz”ın qaytarılması üçün Beynəlxalq sferaların köməkliyi sayəsində qanuni tədbirlərin görülməsini, sonuncu saxta cəzadan azad olunmağıma yardımçı olasınız. Əvvəlcədən minnətdarlığımı bildirirəm.”
P.S.Redaksiyamıza müraciət ünvanlamış hazırda 8 saylı həbsxanada cəza çəkən Nahid Eyvazovla bağlı bəzi araşdırmalar apardıq.
Nahid Eyvazov postsovet dönəmində xüsusilə Qarabağ zonasında məşhur Ford Qədirin oğludur.
Anası Məhluqə Eyvazova inqilabçı Qara İlyasov şəcərəsindəndir.
Polis bölməsində törədilmiş vəhşiliklər səbəbindən,Nahidin həyat yoldaşı tərki-vətən,özü isə bir sıra xəstəliklərdən əzab çəkir.
İşgəncəyə məruz qalmış qardaşı Natiq Eyvazovda 17 saylı c.ç.m-də cəza çəkir.
70 yaşlı anaları Məhluqə Eyvazova kvartirant qaldığı mülklərdə,həbsxanalarda,mühacirətdə girovluq həyatı yaşayan övladlarının uşaqlarına (nəvələrinə) sahiblik etməkdədir!
Maraqlı tərəfləri dinləməyə və mövqeyini dərc etməyə hazırıq.
Kamal.